SMM kursu - Sosial Media Marketinq təlimi

Sosial Media Marketinq (SMM) müasir biznesin ayrılmaz hissəsi kimi, şirkətlərin öz markalarını internetdə, sosial şəbəkələrdə tanıtmağa, müştəri əlaqələrini gücləndirməyə və satışları artırmağa kömək edir. SMM strategiyaları məzmun yaradılması və  paylaşılması sosial media kanallarında hədəf auditoriyanı cəlb etmək və müştəri  məmnuniyyətini artırmaq üçün istifadə olunur. Bu metodlar şirkətlərə rəqəmsal  dünyada öz mövqelərini gücləndirərək məhsul və xidmətlərini geniş kütlələrə çatdırılmasına imkan verir.

 

SMM kursu - nə üçün Handexdə bu sahəni öyrənməlisiniz ?

  • Kursu fərqlənmə ilə bitirənlərin iş ilə təmin edilməsinə dəstək. Tədris zamanı əldə etdiyiniz bilik və bacarıqları real iş mühitində tətbiq etmək şansı.
  • Dərslər həm nəzəri, həm də praktiki formada aparılır. Yəni təlim zamanı öyrəndiklərinizi həm dərsdə, həm də dərsdən kənar vaxtlarda praktiki formada tətbiq edəcəksiniz. Bu sizə iş həyatınızda qarşılaşacağınız problemləri nümunələr ilə öyrənməyə imkan yaradır.
  • Təlimə hibrid qoşulma imkanı. Yəni dərslər həm əyani, həm də onlayn şəkildə keçirilir. Əgər siz hər hansı səbəbdən kursa gələ bilmirsinizsə, istədiyiniz vaxt onlayn formada qoşula bilərsiniz.
  • Ömürlük sizdə qalacaq dərs materialları. Həm təlim müddətində , həm də təlim  bitdikdən sonra istənilən vaxt materiallara  baxa və işinizdə tətbiq edə bilərsiniz.

Tez-tez verilən suallar

Kiçik biznes sahibləri, influnserlər (influencer), şəxsi marka sahibləri, gələcək işini marketinq sahəsində qurmaq istəyən və bu sahə üzrə biliklərini artırmaq istəyən şəxslər qoşula bilər

Minimal Office proqramları bilmək və Azərbaycan dilində səlis danışmaq və yazmaq vacibdir.

Tədris hibrid formada təşkil olunur. Yəni seçiminizdən asılı olaraq əyani və ya online formada dərsə qoşula bilərsiniz

Təlimin yekununda ev tapşırıqları, sessiya imtahanları və icra etdiyiniz layihələrin nəticəsindən aslı olaraq 3 tip sertifikat ala bilərsiniz:

Fərqlənmə, Müvəffəqiyyət, İştirak

Bəli. Noutbukun olması vacibdir.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.