Power BI təlimi
Power BI məlumatların xarici mənbələrdən toplanmasına, təmizlənməsinə, data modellərin yaradılmasına, təhlil edilərək vizuallaşdırılmasına imkan yaradan bir iş zəkası (Business intelligence) alətidir.
Ən məşhur vizuallaşdırma alətlərindən biri olan Power BI digər alətlərə nisbətən daha rahat interfeysə malikdir. Buna görə də ona olan tələb və istifadəçisi sayı günü-gündən artmaqda davam edir.
Bu təlim data analitika, hesabatlılıq və aidiyyəti sahələr üzrə işləyən və ya işləmək istəyənlər üçün nəzərdə tutulub.
Power BI kursu
- Təlim fərqli metodika ilə tədris edilir və Handex-ə özəl olaraq hazırlanıb. Siz heç bir menyu və ya funksiyanı ayrılıqda öyrənmirsiniz. Hamısı real praktiki nümunələr üzərindən izah edilir və hər dərs vizual hesabatlar hazırlayacağınıza görə hesabatlarınız digərlərindən dərhal fərqlənəcəkdir;
- Sıfırdan professional səviyyəyə qədər tədris;
- Ömürlük sizdə qalacaq video və fayl qismində dərs materialları. Həm təlim müddətində, həm də təlim bitdikdən sonra istənilən vaxt materiallara baxa və işinizdə tətbiq edə bilərsiniz;
- Təlimə həm onlayn, həm də əyani qaydada qoşulmaq imkanı. Əgər uzaqda yaşayırsınızsa və ya hər hansısa səbəbdən kursa gələ bilmirsinizsə təlimə onlayn formada qoşula bilərsiniz.
Tez-tez verilən suallar
Təlimə bu proqram üzrə biliklərini artırmaq istəyən və ya 0-dan başlayan istənilən şəxs qoşula bilər.
Power BI bilikləri verilənlər (data) üzərindən işləyən, onları analiz edərək vizuallaşdıran və təqdim edən istənilən şəxs üçün zəruridir. Təcrübə onu göstərir ki, Data Analitik, Biznes Analitik, CRM analitik, Hesabatlılıq və büdcələmə üzrə mütəxəssis, Kredit analitiki, Maliyyə analitiki, Biznes təhlili mütəxəssisi, BI mütəxəssisi, Satış analitiki, HR analitik, Layihə meneceri və s. kimi peşə sahibləri gündəlik olaraq bu proqramdan istifadə edirlər.
Təlimdə iş mühitində lazım olan bütün funksiyalar və əmrlər tədris olunur. Bunlar bol praktika və layihələr vasitəsilə daha da təkmilləşdirilir. Yekunda siz Power BI üzərindən proyekt icra etmiş olacaqsınız.
Əgər Power BI proqramı üzərindən heç bir təcrübəniz yoxdursa, yəni 0-dan başlayırsınızsa bu zaman orta dərəcə Excel biliyinizin olmağı arzuolunandır. Hər ikisi Microsoft şirkətinin məhsulu olduğundan bir çox kök məntiqləri, funksiya adları eynidir. Buna görə də orta Excel biliyi olan şəxslər bu proqramı daha yaxşı və tez mənimsəyirlər. Əgər Excel biliyiniz də heç yoxdursa ilk növbədə onu artırmağı tövsiyyə edirik.
Bəli, təlim başlamamışdan 1 həftə öncə təlimçi bununla bağlı qrupa videotəlimat göndərir. Əgər hər hansı bir çətinliyiniz olarsa təlimçi şəxsən özü dəstək olur.
Konkret olaraq parametr və marka demək çətindir. Amma tövsiyyəmiz budur:
Yaddaş 256 GB SSD kifayət edir;
Prosessor Intel şirkətinin Core İ5, İ7 və min 8-ci nəsil olması tövsiyyə olunandır. AMD şirkətinin uyğun parametrli prosessorları da uyğundur;
RAM minimum 8 gb;
Windows əməliyyat sistemi (10 və ya 11).
Tədris hibrid formada təşkil olunur. Yəni seçiminizdən asılı olaraq əyani və ya online formada dərsə qoşula bilərsiniz.
Təlimin yekununda ev tapşırıqlarının, aralıq və sertifikat (yekun) imtahanlarının nəticəsindən asılı olaraq 3 tip sertifikat ala bilərsiniz:
Fərqlənmə;
Müvəffəqiyyət;
İştirak.
Təlimlərimiz həftədə 2 dəfə olmaqla minimum 2 saat olmaqla tədris edilir.