Oracle Database SQL təlimi

SQL (Structured Query Language) bizə Database (verilənlər bazası) yaratmaq və artıq var olan üzərində işləməyə imkan verir. Verilənlər bazasında hər bir şirkətin özünə məxsus məlumatları yer alır. Böyük ölçülü məlumatların saxlanılmasında daha yüksək performans göstərdiyi üçün bu yoldan istifadə olunur. SQL növlərindən biri olan Oracle SQL Oracle Corperation tərəfindən təqdim edilmiş məhsuldur. Oracle SQL bir çox şirkət tərəfindən istifadə olunan geniş yayılmış SQL növüdür.

 

Niyə Handex-də bu kursa qoşulmalıyam?

  • Beynəlxalq sertifikatlı müəllim heyəti. Bununla da siz, beynəlxalq standartlara uyğun peşəkarlar tərəfindən tədris alacaqsınız.
  • Dərslərin praktiki tapşırıqlar vasitəsilə mənimsənilməsi. Bu sizə SQL-in iş həyatında qarşılaşacağınız problemləri tapşırıqlar ilə öyrənmə imkanı yaradır.
  • Təlimə hibrid qoşulma imkanı. Əgər siz hər hansı səbəbdən kursa gələ bilmirsinizsə, istədiyiniz vaxt online formada qoşula bilərsiniz.
  • Ömürlük sizdə qalacaq dərs materialları. Həm təlim müddətində, həm də təlim bitdikdən sonra istənilən vaxt materiallara baxa və işinizdə tətbiq edə bilərsiniz. 

Tez-tez verilən suallar

Təlimə bu proqram üzrə biliklərini artırmaq istəyən və ya 0-dan başlayan istənilən şəxs qoşula bilər.

Oracle SQL sorğu dilindən bir çox peşə sahibləri istifadə edir. Çünki Oracle — ən məşhur məlumat bazalarından biridir və bir çox banklar, sığorta şirkətləri və elektron ticarətin veb-saytları öz server hissəsində Oracle-dan istifadə edir. Bu peşələrə misal olaraq data sahəsi üzrə mütəxəssisləri (Data Analyst, Data Engineer, Data Scientist), proqramçıları, QA mühəndisləri və hətta dizaynerləri göstərmək olar.

Təlimə qoşulmaq üçün heç bir xüsusi biliyə ehtiyac yoxdur. Gedişat zamanı proqramın hər incəliyi tam sıfırdan başlayaraq tədris olunur.

Bəli, təlim başlamamışdan 1 həftə öncə təlimçi bununla bağlı qrupa videotəlimat göndərir. Əgər hər hansı bir çətinliyiniz olarsa təlimçi şəxsən özü dəstək olur.

Konkret olaraq parametr və marka demək çətindir. Amma tövsiyyəmiz budur:

Yaddaş 256 GB SSD kifayət edir;

Prosessor Intel şirkətinin Core İ5, İ7 və min 8-ci nəsil olması tövsiyyə olunandır. AMD şirkətinin uyğun parametrli prosessorları da uyğundur;

RAM minimum 8 gb;

Windows əməliyyat sistemi (10 və ya 11).

Tədris hibrid formada təşkil olunur. Yəni seçiminizdən asılı olaraq əyani və ya online formada dərsə qoşula bilərsiniz.

Təlimin yekununda ev tapşırıqlarının, aralıq və sertifikat (yekun) imtahanlarının nəticəsindən asılı olaraq 3 tip sertifikat ala bilərsiniz:

Fərqlənmə;

Müvəffəqiyyət;

İştirak.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.