IT Specialist - Data Analytics - Nədir?
IT Specialist - Data Analytics beynəlxalq səviyyədə tanınan sertifikatdır və sizin məlumatların analizi, işlənməsi və vizuallaşdırılması sahəsində peşəkar biliklərə malik olduğunuzu təsdiqləyir. Bu sertifikat, iş axtarışında və karyera inkişafında sizə böyük üstünlük qazandırır və bir çox işəgötürən tərəfindən data analitikası üzrə biliklərin sübutu kimi qəbul edilir.
IT Specialist - Data Analytics Microsoft, IBM və digər böyük texnologiya şirkətləri tərəfindən tanınan beynəlxalq dərəcəli sertifikatdır. Dünyanın hər yerində qəbul edilir və data analitikası sahəsində işləmək istəyənlər üçün əsas sertifikatlardan biridir.
Niyə Handex-də IT Specialist - Data Analytics?
- Zəmanət - Sertifikatı əldə edəcəyinizə 100% zəmanət veririk. Bu yazılı şəkildə müqavilədə də öz əksini tapır. Əgər sertifikat ala bilməsəniz, ödənişinizi geri qaytarırıq;
- İmtahan biletinə güzəşt – Təlimdə iştirak edən bütün tələbələrə imtahan bileti ödənişinə endirim tətbiq edilir;
- Microsoft və Certiport sillabusu əsasında tədris – Tədris prosesi rəsmi imtahan suallarının formatına uyğun təşkil edilir və praktiki tapşırıqlarla imtahana hazırlıq aparılır;
- Ömürlük dərs materialları təminatı – Tədrisi bitirdikdən sonra sizdə qalacaq video və fayl qismində dərs materialları əldə edəcəksiniz. İstənilən vaxt yenidən hazırlaşmaq imkanınız olacaq;
- Real imtahan simulyasiyası – Tədris mərkəzimizdə yaradılmış imtahan tipli suallar vasitəsilə həm vaxtı düzgün idarə edəcək, həm də imtahana tam hazır olacaqsınız;
- Rəsmi imtahan mərkəzi statusu – CERTIPORT-un ölkəmizdə rəsmi imtahan mərkəzi olaraq, imtahana qeydiyyat və iştirak prosesində tam dəstək alacaqsınız.
Tez-tez verilən suallar
Tədris gedişatı ilə bağlı ətraflı məlumatı "IT Specialist Data"-ı yükləməklə əldə edə bilərsiniz.
Təlim Azərbaycan dilində tədris olunur. Ümumilikdə 14 dərsdən ibarət olan təlimin, ilk 10 dərsi zamanı proqram mükəmməl səviyyədə mənimsənilir, son 4 dərs isə ingilis dilində tapşırıqlar icra edilir.
İmtahan ingilis dilində olur. Amma bu sizdə narahatlıq yaratmasın. Çünki tədris zamanı ingilis dilində bol-bol praktiki tapşırıqlar edirik. Bu praktika nəticəsində artıq sizdə İngilis dilində olan tapşırıqlara vərdiş formalaşır. Buna görədə orta səviyyə ingilis dili kifayət edir.
Dərs ilə bağlı bütün məlumatlar (videodərslər, dərsin faylları, ev tapşırıqları və izahları) dərsdən dərhal sonra sizə göndərilir. Siz dərsdə iştirak etməsəniz belə bu videodərsə baxıb, tapşırıqları etsəniz dərsə tam hazır vəziyyətdə olacaqsınız. Təlimdən sonra hər hansı səbəblərə görə imtahana daxil ola bilməsəniz belə istənilən zaman dərs materiallarından istifadə edərək, yenidən hazırlaşa bilərsiniz.
- İş Axtarışı: Sertifikat sizə yalnız yerli və beynəlxalq əmək bazarında üstünlük qazandırmır, həm də işəgötürənlərin diqqətini çəkən etibarlı bir göstəricidir;
- Karyera İnkişafı: IT Specialist - Data Analytics sertifikatı sizin Excel-də peşəkar bacarıqlarınızı təsdiqləyərək, daha yüksək maaşlı və məsuliyyətli vəzifələrə keçid etməyiniz üçün təkan verir;
- Effektivlik Artışı: İş prosedurlarınızı daha sürətli və effektiv təşkil etmək üçün lazımi bacarıqlar əldə edirsiniz, bu da həm komandada, həm də fərdi olaraq məhsuldarlığınızı artırır;
- Etibarlı Dərəcə: Microsoft-un beynəlxalq səviyyədə tanınan sertifikatı, dünyadakı istənilən işəgötürən tərəfindən etibarlı və dəyərli hesab edilir.
İmtahan biletinin ödənişi tədris ödənişinə daxil deyil. Qeyd edək ki, yalnız Handex iştirakçıları üçün sertifikat imtahanının ödənişinə endirim olunur. İmtahan ödənişi cari dövr üçün 89 AZN-dir.
Təlim bir aylıq müddət ərzində davam edir
Təlim həftədə 2 dəfə olmaqla minimum 2 saat tədris edilir.