MOSE (MO-211) nədir?
Microsoft Office Specialist Excel Expert (MOSE) sizin Microsoft Excel ilə bağlı expert səviyyədə biliyinizin olduğunu təstiq edən beynəlxalq sertifikatdır. Bu sertifikat, istifadəçilərin Excel'dəki bilik və bacarıqlarını, misal üçün məlumat analizi, verilənlərin vizual təqdimatı, funksiyalar ilə bağlı yüksək bilik səviyyəsinin olduğunu sübut edir. MOSE sertifikatı almaq istifadəçiyə iş axtarışında və karyera inkişafında böyük avantajlar təmin edir.
İmtahanın nömrəsi: MO-211. MOSE, Microsoft şirkəti tərəfindən təqdim edilən beynəlxalq dərəcəli sertifikatdır. Bu sertifikat dünyanın hər yerində tanınır və bir çox işəgötürən tərəfindən peşəkar Excel bacarıqlarının sübutu kimi qəbul edilir.
Niyə Handex-də MOSE?
- Zəmanət - Sertifikatı əldə edəcəyinizə 100% zəmanət veririk. Bu yazılı şəkildə müqavilədə də öz əksini tapır. Əgər sertifikat ala bilməsəniz, ödənişinizi geri qaytarırıq;
- İmtahan biletinə güzəşt - Təlimdə iştirak edən bütün iştirakçıların imtahan bileti ödənişlərinə endirim tətbiq edilir;
- Microsoftun təqdim etdiyi sillabus əsasında tədris - Bununla da sertifikat imtahanına düşəcək suallar tipində praktiki tapşırıq icra edilir;
- Ömürlük dərs materialları təminatı - Tədrisi bitirdikdən sonra ömürlük sizdə qalacaq video və fayl qismində dərs materialları. Təlimdən sonra hər hansı səbəblərə görə imtahana daxil ola bilməsəniz belə istənilən zaman dərs materiallarından istifadə edərək, yenidən hazırlaşa bilərsiniz;
- Real imtahan simulyasiyası - Tədris mərkəzində olan imtahan otağındakı kompüterlər vasitəsilə yaratdığımız real imtahan tipli sualları işləməklə həm vaxtı düzgün idarə edəcək, həm də imtahana tam hazır olacaqsan;
- Rəsmi imtahan mərkəzi statusu - CERTİPORT-un ölkəmizdə rəsmi imtahan mərkəzi olmaqla imtahana qeydiyyat prosesində sizə dəstək göstəriləcəkdir.
Tez-tez verilən suallar
- İş Axtarışı: Sertifikat sizə yalnız yerli və beynəlxalq əmək bazarında üstünlük qazandırmır, həm də işəgötürənlərin diqqətini çəkən etibarlı bir göstəricidir;
- Karyera İnkişafı: MOSE sertifikatı sizin Excel-də peşəkar bacarıqlarınızı təsdiqləyərək, daha yüksək maaşlı və məsuliyyətli vəzifələrə keçid etməyiniz üçün təkan verir;
- Effektivlik Artışı: İş prosedurlarınızı daha sürətli və effektiv təşkil etmək üçün lazımi bacarıqlar əldə edirsiniz, bu da həm komandada, həm də fərdi olaraq məhsuldarlığınızı artırır;
- Etibarlı Dərəcə: Microsoft-un beynəlxalq səviyyədə tanınan sertifikatı, dünyadakı istənilən işəgötürən tərəfindən etibarlı və dəyərli hesab edilir.
Bu təlimdə iştirak üçün lazımdır:
- Orta səviyyə Excel biliyi;
- Pre-intermediate səviyyəsində İngilis dili biliyi.
Orta səviyyə Excel dedikdə, iştirakçıda minimum Excel biliklərinin olmağı nəzərdə tutulur. Yəni təlimə qoşulacaq iştirakçı aşağıda adı çəkilən funksiya və əmrlər barədə məlumatlı olmalıdır: VLOOKUP, SUMIF, IF, AND, OR, Pivot Table, Cədvəllər ilə işləmək, Conditional Formatting, Data Validation və s. Əgər siz bu mövzular barədə məlumatlısınızsa, rahatlıqla təlimə qoşula bilərsiniz. Nəzərinizə çatdıraq ki, təlim prosesində iş həyatı üçün vacib olan funksiya və əmrlərin praktiki tədrisi də həyata keçirilir. Bu təlimdən sonra artıq siz Excel-i ekspert səviyyədə öyrənmiş olacaqsınız.
İmtahan ingilis dilində olur. Amma bu sizdə narahatlıq yaratmasın. Çünki tədris zamanı ingilis dilində bol-bol praktiki tapşırıqlar edirik. Bu praktika nəticəsində artıq sizdə İngilis dilində olan tapşırıqlara vərdiş formalaşır.
Təlim Azərbaycan dilində tədris olunur. Ümumilikdə 14 dərsdən ibarət olan təlimin, ilk 10 dərsi zamanı proqram mükəmməl səviyyədə mənimsənilir, son 4 dərs isə ingilis dilində tapşırıqlar icra edilir.
Dərs ilə bağlı bütün məlumatlar (videodərslər, dərsin faylları, ev tapşırıqları və izahları) dərsdən dərhal sonra sizə göndərilir. Siz dərsdə iştirak etməsəniz belə bu videodərsə baxıb, tapşırıqları etsəniz dərsə tam hazır vəziyyətdə olacaqsınız. Təlimdən sonra hər hansı səbəblərə görə imtahana daxil ola bilməsəniz belə istənilən zaman dərs materiallarından istifadə edərək, yenidən hazırlaşa bilərsiniz.
Təlim həftədə 2 dəfə olmaqla minimum 2 saat tədris edilir.
İmtahan biletinin ödənişi tədris ödənişinə daxil deyil. Qeyd edək ki, yalnız Handex iştirakçıları üçün sertifikat imtahanının ödənişinə endirim olunur. Ödəniş imtahanın verilmə formasına bağlı olaraq dəyişir. İmtahanı 2 formada verilər bilər:
- Birdəfəlik imtahan. Burada siz, imtahandan uğursuz nəticə göstərdiyiniz halda, yenidən ödəniş edib imtahana daxil ola bilərsiniz. İmtahan ödənişi cari dövr üçün 59 AZN olacaq.
- Retake imtahan. Burada siz, imtahandan uğursuz nəticə göstərdiyiniz halda, imtahan verildikdən sonra bir ay müddətində istənilən zaman ödənişsiz formada yenidən imtahana daxil ola bilərsiniz. İmtahan ödənişi cari dövrdə Handex iştirakçıları üçün 65 AZN, digər iştirakçılar üçün isə 79 AZN olacaq.