Microsoft Excel təlimi

Excel, Microsoft tərəfindən yaradılan və elektron cədvəllər yaratmaq üçün geniş şəkildə istifadə olunan bir proqram təminatıdır. Bu proqram, hesabatlılıq, təhlil və məlumatların təqdimatı sahəsində çox çeşidli və funksional imkanlar təqdim edir. Excel vasitəsilə avtomatlaşdırma işlərini də etmək mümkündür, bu da iş proseslərini asanlaşdıra bilər.

 

Niyə Handex-də Excel kursuna qoşulmalıyam?

  • Beynəlxalq sertifikatlı müəllim heyəti. Bununla da siz, beynəlxalq standartlara uyğun peşəkarlar tərəfindən tədris alacaqsınız.
  • Dərslərin praktiki tapşırıqlar vasitəsilə mənimsənilməsi. Bu sizə Exceli iş həyatında qarşılaşacağınız problemləri tapşırıqlar ilə öyrənmə imkanı yaradır.
  • Təlimə hibrid qoşulma imkanı. Əgər siz hər hansı səbəbdən kursa gələ bilmirsinizsə, istədiyiniz vaxt online formada qoşula bilərsiniz.
  • Ömürlük sizdə qalacaq dərs materialları. Həm təlim müddətində, həm də təlim bitdikdən sonra istənilən vaxt materiallara baxa və işinizdə tətbiq edə bilərsiniz. 

Tez-tez verilən suallar

Təlimə bu proqram üzrə biliklərini artırmaq istəyən və ya 0-dan başlayan, bir sözlə Excel-i öz güclü tərəfinə çevirmək istəyən istənilən şəxs qoşula bilər.

Excel bilikləri mühasiblər, insan resursları üzrə mütəxəssislər, analitiklər, hətta kargüzarlar, anbardarlar, bir sözlə hesabatlar hazırlayan və ya cədvəllərlə işləyən istənilən şəxs üçün zəruridir. Müasir dövrümüzdə vakansiyalar üzrə tələblərə baxsanız şahidi olarsınız ki, bütün ofisdaxili vakansiyalar üçün namizədlərdən orta və ya əla dərəcədə Excel bilikləri tələb olunur.

Təlimdə iş mühitində lazım olan bütün funksiyalar və əmrlər tədris olunur. Bunlar bol praktika və layihələr vasitəsilə daha da təkmilləşdirilir. Yekunda siz Excel üzərindən proyekt icra etmiş olacaqsınız.

Mühasiblər arasında keçirilmiş sorğuya əsasən ən çox istifadə olunan Excel funksiyaları və əmrləri bunlardır: SUM, SUMIFS, AVERAGE, VLOOKUP, ROUND, IF, Pivot Table və s. Tədris zamanı adı çəkilən funksiya və əmrlərlə bağlı kifayət qədər praktiki tapşırıqlar icra edilir. Bununla da siz mühasibatlıq sahəsində Excel-i asanlıqla tətbiq edəcəksiniz.

Təlimə qoşulmaq üçün heç bir xüsusi biliyə ehtiyac yoxdur. Gedişat zamanı bütün menyu və funksiyalar tam sıfırdan başlayaraq tədris olunur.

Təlim Excel-in ən yeni versiyası olan Excel 2021 üzərindən tədris edilir və təlim proqramına bütün yeniliklər əlavə edilib. Lakin müəyyən səbəblərə görə bu versiyanı noutbuklarınıza yükləmək mümkün deyilsə Excel 2010, 2013, 2016, 2019 versiyaları ilə də qoşula bilərsiniz.

Excel ofis proqramı olduğundan bütün sadə noutbuklar üzərindən istifadə etmək mümkündür. Sadəcə Excel-in ən son versiyasını yükləmək üçün noutbuk Windows 10 və ya 11 əməliyyat sistemini dəstəkləməlidir. Əgər dəstəkləməsə, yəni Windows 7 əməliyyat sistemi istifadəçisi olsanız Excel 2019 versiyasından rahatlıqla istifadə edə biləcəksiniz.

Tədris hibrid formada təşkil olunur. Yəni seçiminizdən asılı olaraq əyani və ya online formada dərsə qoşula bilərsiniz.

Təlimin yekununda ev tapşırıqlarının, aralıq və sertifikat (yekun) imtahanlarının nəticəsindən asılı olaraq 3 tip sertifikat ala bilərsiniz:

  • Fərqlənmə;
  • Müvəffəqiyyət;
  • İştirak.

Təlimlərimiz həftədə 2 dəfə olmaqla minimum 2 saat olmaqla tədris edilir.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.