PL-300 (PBDAA) Nədir?
Microsoft Power BI Data Analyst Associate (PBDAA) Power BI platformasında peşəkar məlumat analizi bacarıqlarınızı təsdiq edən beynəlxalq sertifikatdır. Bu sertifikat, istifadəçilərin məlumat modelləşdirilməsi, interaktiv dashboard-ların hazırlanması, məlumatların vizual təqdimatı və analitik həllərin qurulması sahəsində yüksək bilik və bacarıqlarını sübut edir. PBDAA sertifikatı, iş axtarışında və karyera inkişafında üstünlük qazandıraraq, sizi rəqabətdə önə keçirir.
İmtahanın nömrəsi: PL-300. Power BI Data Analyst Associate sertifikatı, Microsoft tərəfindən təqdim edilən beynəlxalq səviyyəli sertifikatdır. Bu sertifikat, dünyanın istənilən yerində tanınır və bir çox işəgötürən tərəfindən peşəkar məlumat analizi bacarıqlarının sübutu kimi qəbul edilir.
Niyə Handex-də PL-300?
- Zəmanət - Sertifikatı əldə edəcəyinizə 100% zəmanət veririk. Bu yazılı şəkildə müqavilədə də öz əksini tapır. Əgər sertifikat ala bilməsəniz, ödənişinizi geri qaytarırıq;
- İmtahan biletinə güzəşt - Təlimdə iştirak edən bütün iştirakçıların imtahan bileti ödənişlərinə endirim tətbiq edilir;
- Microsoftun təqdim etdiyi sillabus əsasında tədris - Bununla da sertifikat imtahanına düşəcək suallar tipində praktiki tapşırıq icra edilir;
- Ömürlük dərs materialları təminatı - Tədrisi bitirdikdən sonra ömürlük sizdə qalacaq video və fayl qismində dərs materialları. Təlimdən sonra hər hansı səbəblərə görə imtahana daxil ola bilməsəniz belə istənilən zaman dərs materiallarından istifadə edərək, yenidən hazırlaşa bilərsiniz;
- Real imtahan simulyasiyası - Tədris mərkəzində olan imtahan otağındakı kompüterlər vasitəsilə yaratdığımız real imtahan tipli sualları işləməklə həm vaxtı düzgün idarə edəcək, həm də imtahana tam hazır olacaqsan.
Tez-tez verilən suallar
- İş Axtarışı: PL300 sertifikatı yerli və beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazandırır və Power BI üzrə biliklərinizi işəgötürənlərə sübut edir;
- Karyera İnkişafı: Bu sertifikat, məlumat analizi və Power BI ilə bağlı peşəkar bacarıqlarınızı təsdiqləyərək, daha yüksək maaşlı və məsuliyyətli vəzifələrə keçid imkanı yaradır;
- Effektivlik Artışı: Sertifikatla qazandığınız biliklər, məlumatların təhlilini və vizualizasiyasını daha səmərəli və effektiv etməyə kömək edir;
- Etibarlı Dərəcə: Microsoft tərəfindən təqdim edilən PL300 (PBDAA) sertifikatı beynəlxalq səviyyədə tanınır və işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir.
Tədris hibrid formada təşkil olunur. Yəni seçiminizdən asılı olaraq əyani və ya online formada dərsə qoşula bilərsiniz.
Bu təlimdə iştirak üçün lazımdır:
- Orta səviyyə Power BI biliyi;
- Pre-intermediate səviyyəsində İngilis dili biliyi.
Təlim üçün tələb olunan orta səviyyə Power BI biliyi dedikdə, məlumatların yüklənməsi və təmizlənməsi, sadə vizualizasiya və dashboard-ların hazırlanması, həmçinin əsas DAX funksiyalarının (SUM, COUNT və s.) istifadəsi nəzərdə tutulur. Bu biliklər təlimdə daha qabaqcıl funksiyaları öyrənmək üçün baza rolunu oynayır.
İmtahan ingilis dilində olur. Amma bu sizdə narahatlıq yaratmasın. Çünki tədris zamanı ingilis dilində bol-bol praktiki tapşırıqlar edirik. Bu praktika nəticəsində artıq sizdə İngilis dilində olan tapşırıqlara vərdiş formalaşır. Buna görədə orta səviyyə ingilis dili kifayət edir.
Təlim Azərbaycan dilində tədris olunur. Hər dərsdə yeni mövzu izah olunur və dərhal sonra yaratdığımız imtahan sistemi vasitəsilə mövzu ilə bağlı 20-30 ədəd ingilis dilində sual işlənir. Bu, mövzunun daha yaxşı mənimsənilməsi üçün nəzərdə tutulub.
İmtahan biletinin ödənişi tədris ödənişinə daxil deyil. Qeyd edək ki, yalnız Handex iştirakçıları üçün sertifikat imtahanının ödənişinə endirim olunur. İmtahan biletinin ödənişi 80$-dır. Ancaq bu ödəniş Handex iştirakçıları üçün 70$ olmuş olacaq.
Təlim həftədə 2 dəfə olmaqla minimum 2 saat tədris edilir.