Marketinq Analitikası Nədir?

Marketinq Analitikası Marketinq qərarlarının daha effektiv verilməsi üçün istifadə olunur. Onun köməkliyi ilə müştəri hərəkətlərini və nəticələri analiz edərək reklam, endirim və kampaniyaları ən ideal şəkildə etmək mümkün olur. Bütün sahələrdə olduğu kimi Marketinq sahəsində də bütün qərarları dataya əsaslanaraq vermək lazımdır və bunun üçün də Marketinq Analitikası vacibdir. Unutmaq olmaz ki, dataya əsaslanmadan verilmiş hər bir qərar sıradan bir fikirdir.

 

Niyə Handex-də Marketinq Analitikası?

  • Ölkədə bir ilk! Bənzəri olmayan təlim növü və tədris metodu.
  • Müştəri seqmentasiyasının aparılması. Bununlada müştəriləri davranışlarına və ehtiyaclarına əsasən düzgün seqmentlərə bölmək, bu da müştərilərə daha uyğun məhsul və xidmət təklifləri hazırlamağa və müştəri sadiqliyini artırmağa imkan verir.
  • Müştəri davranışlarını RFM, Cohort və Churn analizləri vasitəsilə dərindən anlamaq, bu da marketinq strategiyalarını optimallaşdırmağa və müştəri məmnuniyyətini artırmağa kömək edir.
  • Marketinq kompaniyalarının effektivliyinin ölçülməsi. Bununlada marketinq kampaniyalarının təsirini və sərmayə qaytarılmasını (ROI) dəqiq ölçmək, bununla da daha mənfəətli və təsirli marketinq qərarları qəbul etmək.
  • Çarpaz-satış və məhsul yerləşdirmə strategiyalarının optimallaşdırılması. Müştəri alış davranışlarına əsaslanaraq məhsul yerləşdirmə və çarpaz-satış təkliflərini optimallaşdırmaq, bununla da satışları və müştəri məmnuniyyətini artırmaq.

Tez-tez verilən suallar

Yalnız əyani formada keçirilir. 

Təlimin yekununda ev tapşırıqlarının, aralıq və sertifikat (yekun) imtahanlarının nəticəsindən asılı olaraq 3 tip sertifikat ala bilərsiniz:
Fərqlənmə;
Müvəffəqiyyət;
İştirak.

Marketinq sahəsində fəaliyyət göstərən və daha effektiv nəticə əldə etmək istəyən hər kəs üçün.

Marketinq sahəsi ilə bağlı əsas terminlərə hakim olmaq və Marketinq proseslərindən xəbərdar olmaq arzuolunandır. Və orta səviyyə Excel biliyi olmalıdır.

Dərs ilə bağlı bütün məlumatlar (videodərslər, dərsin faylları, ev tapşırıqları və izahları) dərsdən dərhal sonra sizə göndərilir. Siz dərsdə iştirak etməsəniz belə bu videodərsə baxıb, tapşırıqları etsəniz dərsə tam hazır vəziyyətdə olacaqsınız. Təlimdən sonra hər hansı səbəblərə görə imtahana daxil ola bilməsəniz belə istənilən zaman dərs materiallarından istifadə edərək, yenidən hazırlaşa bilərsiniz.

Komputerdə yalnız MS Excel-in olması kifayətdir.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.