Sosial Media Marketinq - SMM nədir?

  • İyun 28,2024
Sosial Media Marketinq - SMM nədir?

Sosial Media Marketinq (SMM), məhsul və xidmətlərin sosial şəbəkə platformaları vasitəsilə tanıtılması prosesidir. Bu proses, markaların brendləşməsini, satışlarını  artırmasını və daha geniş bir tanınma əldə etməsini hədəfləyir.

Hazırda əksər insanlar sosial şəbəkələrdən istifadə etdikləri üçün, hər bir şirkətin sosial mediada varlığını qurması şərtdir. SMM, həm məhsul və xidmətlərin tanıtımında, həm də müştərilərlə kommunkasiya vasitəsi olmaqda mühüm rol oynayır. Buna görə də SMM Müştərilərlə qarşılıqlı əlaqə qurma, müştəri məmnuniyyətini artırmaq və marka sadiqliyini gücləndirmək üçün vacibdir.

Sosial Media Reklamları - İmkanlar

SMM - sosial media reklamları vasitəsilə məhsul və xidmətləri potensial müştərilərə çatdırmaq imkanı verir. Bu reklamlar geniş hədəfləmə parametrləri təqdim edərək şirkətlərin müvafiq müştəri seqmentinə daha dəqiq və effektiv şəkildə çatmasına kömək edir.

Bu reklamlar ənənəvi marketinq metodlarına nisbətən daha az xərclər tələb edir və daha yüksək səmərəlilik göstərir.

SMM mütəxəssisi nələri bilməlidir?

Əmək bazarında SMM mütəxəssisi kimi öz yerinizi tutmaq istəyirsinizsə, bir neçə bilik və bacarıqlara sahib olmalısınız.

Sosial Media alqoritmlərinin işləmə prinsipi

Meta(Instagram, Facebook, Whatsapp), Tiktok, Linkedin, Twitter və digər platformalarının xüsusiyyətlərini və iş prinsiplərini anlamalısınız.

Meta Business Suite biliyi

Bu alət ilə siz Meta şirkətinə bağlı olan tətbiqləri idarə edə,məzmun planlaya, müraciətləri bir yerdən cavablamağa və MBS-in içində olan digər alətlərdən  istifadə edə bilərsiniz. Ona görə də “SMM bəlkə də bu proqramı bilməkdən başlayır” deyə bilərik.

ADS Manager və Targeting(Hədəf kütlə)

Düzgün hədəf kütləyə çıxmaq reklamın uğurlu alınmasının ən önəmli hissələrindən biridir. Buna görə də reklamı kimə, nə zaman, hansı vizual və məzmunla göstərməyi bilmək çox önəmlidir. Müxtəlif növ auditoriyaları anlamaq, onların maraqlarını, davranışlarını və sosial mediadan istifadə vərdişlərini bilmək SMM menecer üçün hava su qədər vacibdir.

Məzmun (kontent) yaradıcılığı

Gözə çarpan, təsir edici və marka mesajını əks etdirən vizual və yazılı məzmun yarada bilmək bacarığı əmək bazarında SMM mütəxəssislərindən tələb edilən bacarıqlardan biridir. Həmçinin bəzi yumşaq bacarıqlar - kreativ düşüncə, yenilikləri izləmək, biznes düşüncə Sosial Media Marketinq menecerlərindən tələb olunur.

SMM vakansiyaları - Hansı işlərdə işləyə bilər?

İnsanların qərarvermə proseslərinə Sosial Medianın təsiri, onların alış davranışlarının dəyişməsi Sosial Media Marketinqin xüsusi diqqət göstərilməsinə səbəbdir. İstisna olmadan bütün şirkətlərə SMM mütəxəssisi lazımdır. Bunun üçün bu sahədə karyera qurmaq sizin əsla işsiz qalmayacağına işarədir.

SMM sahəsini necə öyrənək?

Sosial Media Marketinq (SMM) sahəsini öyrənmək istəyirsinizsə, aşağıdakı məlumatlar sizin üçün faydalı ola bilər.

Google Digital Garage (ödənişsiz)

Bu kurslar, sosial media strategiyaları, məzmun yaratmaq, analitiklər, və hədəfləmə kimi mövzuları əhatə edir.

Gary Vaynerchuk, Kotlerin kitabları

Handexdə SMM kursu - Bu kurs sayəsində Social Media Marketing mütəxəssislərindən tələb olunan bütün bilik və bacarıqlara sahib olacaq, rahatlıqla freelance olaraq işləyə biləcəksiniz

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.