Data əsaslı Marketinq | Marketinq analitikası nədir?

  • Mart 25,2024
Data əsaslı Marketinq | Marketinq analitikası nədir?

Data əsaslı marketinq günümüzdə şirkətlərin marketinq hədəflərini müəyyənləşdirir.
Data və marketinqin vəhdəti sayəsində informasiyalar mümkün olan bütün marketinq kanallarından toplanır. Məlumatlar demoqrafik göstəricilər, müştəri davranışları və s. əsasında formalaşır və kampaniyaların effektivliyinə , müştəri sadiqliyini, müştəri məmnuniyyətini artırmağa və yeni marketinq kampaniyalarının hazırlanmasına xidmət edir.


Həmçinin, data analitika və marketinqin sahələrinin birləşməsi həm daxili, həm də xarici faktorlara fokuslana bilir.Belə ki, bu üsul sizə rəqiblərinizin güclü və zəif nöqtələrinizə uyğun rəqabətyönümlü marketinq strategiyası yaratmağa şərait yaradır.

Data əsaslı marketinq şirkət üçün niyə vacibdir? Marketinq analitikasının faydaları

Müştəri loyallığının artırılması: Şirkətlər üçün sadiq müştəri böyük bir dəyərdir. Bunun üçün, müştəri sadiqliyinin yaxşılaşdırılmasına, müştəri itirilməsinin qarşısını almağa xüsusi diqqət yetirirlər.Loyal müştəri xüsusiyyətlərinə əsaslanan satış, marketinq strategiyası hazırlanmalıdır.

Marketinq kampaniyalarının effektivliyi: Atılan addımların səmərəliliyinin ölçülməsi ilə müştəri davranışlarına təsiri və qoyulmuş investisiyanın qaytarılması(ROI)  müəyyənləşdirilir. Məhz bunun sayəsində yüksək ROI əldə edilə bilir.

Müştəri məmnuniyyətinə əsasən məhsul və xidmət təkliflərinin yaxşılaşdırılması: Müştəri təcrübəsi və müştəri rəylərinə əsaslanaraq məhsul və xidmət təkliflərinin optimallaşdırılması üçün addımlar atılır. Şirkət gəlirlilik baxımından bu rəylərə xüsusi diqqət yetirməlidir.

Müştəri itirilməsinin səbəblərinin anlaşılması: Müştərinin alış etmədən məkanı tərk etməsi, e-ticarətdirsə müştəri hansı nöqtədə alış prosesini dayandırması müştəri itkisinin arxa səbəbləri (qiymət, keyfiyyət və s.) araşdırılmalıdır. Nəticədə adekvat marketinq kampaniyaları yaradılır.

Məhsul Yerləşdirmə və Çarpaz-Satış Təkliflərinin Optimallaşdırılması: Data və Marketinqin birləşməsi müştərilərin alış qərarlarına təsir edən faktorları anlamaq, məhsul yerləşdirmə və çarpaz-satış təkliflərini daha effektiv hala gətirməkdə şirkətə böyük töhfə verir.

Mənfəətliyə Təsiri: Yeni müştərilər cəlb etmək mövcud müştəriləri əlində saxlamaqla müqayisədə həmişə daha çox xərc tələb edir. Əgər şirkət yeni müştəri cəlb edə bilmirsə, bu halda, şirkət müştəriləri itirməməyə, loyallığı artırmağa fokuslanmalıdır.

Data əsasında atılmış marketinq qərarları artıq hər bir şirkətin önəm verdiyi biznes proseslərindəndir. Bu o deməkdir ki əmək bazarında Marketinq Analitiklərə tələb xeyli artacaq.

Marketinq Analitik olmaq üçün hansı bacarıqlara sahib olmalısınız?

Marketinq bilikləri : Əlbəttə ki istər ənənəvi, istərsə də rəqəmsal marketinq bilikləri mütləq olmalıdır. Çünki, növbəti etapda hazırlanacaq kampaniyalar üçün dərin biliklər tələb olunur.

Texniki bilgilər : Marketinq analitiklərdən əksər hallarda yüksək excel bacarıqları, habelə SQL, Power BI bilikləri tələb olunur. Toplanmış dataları marketinq addımlarında istifadə etmək üçün qeyd olunan texniki bacarıqları öyrənərək əmək bazarında mövqelənə bilərsiniz.

Yumşaq(soft) bacarıqlar: Bu sahədə irəliləmək üçün strateji, analitik düşünmə, problemləri həll etmək kimi yumşaq bacarıqlar sizdə olmalıdır.

 

Marketinq analitikasını necə öyrənə bilərsiniz?

  • Youtube

  • Onlayn kurslar(Udemy, Coursera)

Həmçinin, Handex-də keçirilən Marketinq analitikası təliminə qoşularaq bu sahəni öyrənə bilərsiniz.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.