Handex Təchizat Zənciri Liderləri Zirvəsi forumunda!

  • May 24,2024
Handex Təchizat Zənciri Liderləri Zirvəsi forumunda!

Ölkəmizdə təchizat zəncirinin inkişafı istiqamətində bilik və təcrübələrin paylaşılması üçün yerli və xarici peşəkar spikerlərin öz təcrübələrini bölüşdüyü “Təchizat Zənciri Liderləri Zirvəsi” Bakı 2024 –ün dövlət və özəl müəssisələrin ortaq tərəfdaşlığı ilə keçirilməsi nəzərdə tutulub.

Təchizat Zənciri Liderləri Zirvəsi Bakı 2024 “Yeni Dəyər Zənciri” şüarı ilə mövzusu, spikerləri, keçirilmə formatı, tətbiq etdiyi yenilikləri ilə təkcə ölkəmizdə deyil, regionumuzda da təchizat mərkəzinə çevrilmənin nəzəri və praktiki yollarının müzakirə ediləcəyi platforma rolunu oynadı.

Forumun 13 may 2024-cü ildə bir bütöv günü əhatə etməklə 600-dək peşəkar mütəxəssis, dövlət və özəl sektordan olan təchizat rəhbərləri, kiçik, orta və böyük şirkətlərin əsas alıcı və satıcılarının bir yerdə olacağı 15-dən artıq spikerin iştirakı ilə keçirildi.

“Dövlət satınalmaları: Rəqabətdə Şəffaflıq”,  “Təchizat Zəncirinin Strateji İdarəedilməsi və “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelləri üzrə əsas müzakirələr aparıldı.

Handex təlim və xidmələr mərkəzi olaraq forumda tərəfdaş olaraq iştirak etdik. Forum çərçivəsində iştirakçılara hədiyyələr  və xüsusi endirimlər təklif etdik.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.