Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə Peşələr Festivalı keçirildi. Bu dəfə “Peşəni peşəkardan soruş!” devizi altında keçirilən festivalın əsas məqsədi düzgün peşə seçiminə dair məlumatlılığın artırılması, eləcə də iştirakçılarda peşələr barədə əyani təsəvvürlər yaratmaqdır. Azərbaycanın 10 bölgəsini əhatə edən festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirildi.
Handex komandası festivalda təmsil olunan 14 peşədən biri olan "Data Analitika" ilə bağlı maarrifləndirmə işləri gördü. Komandamız əsas məqsədi festival iştirakçılarında gündən-günə populyarlaşan analitika peşəsi, xüsusilə də, data analitikası barədə ilkin və əyani təsəvvürlər yaratmaq idi. Azərbaycanın bir-birindən gözəl 10 bölgəsində iştirak edərək viktorinalar və təqdimatlar etmiş, aktiv iştirakçılara müxtəlif hədiyyələr təqdim edilmişdir.
İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə ediblər.
Bütün iştirakçılara və dəstəkçilərə öz dərin təşəkkürümüzü bildiririk.