“COP29 Human Capital Forum“da rəsmi sponsor olduq!
15 oktyabr 2024-cüil tarixində Bakı Marriott Boulevard Otelində keçirilən “COP29 Human Capital Forum“da rəsmi sponsor olmaqdan qürur duyduq. Bu əlamətdar tədbir, qarşıdan gələn COP29 konfransının öncəsi təşkil edilmiş və davamlı işçi qüvvəsinin inkişafı, iqlimə davamlılıq strategiyalarının müzakirəsi üçün bir araya gələn hörmətli HR liderləri, sənaye ekspertləri və davamlılıq müdafiəçilərinin iştirakı ilə baş tutmuşdur.
Forumda, insan kapitalının idarə olunmasında əməkdaşlıq və innovasiyaların inkişafı müzakirə edilmiş, davamlılıq məqsədlərinə nail olmaqda insan resurslarının həyati rolu vurğulanmış və dayanıqlı işçi qüvvəsinin yaradılmasının vacibliyi ön plana çəkilmişdir. Eyni zamanda, işçilərin korporativ davamlılıq təşəbbüslərinə cəlb olunması və iqlimə davamlılıq üçün innovativ HR təcrübələrinin tətbiqi ilə bağlı dəyərli fikirlər paylaşılmışdır.
HR sahəsində qabaqcıl yanaşmaları dəstəkləmək və mütəxəssislərlə bir araya gələrək yeni istiqamətlər haqqında məlumatlanmaq bizim üçün əvəzolunmaz bir təcrübə oldu. Handex olaraq, belə vacib bir təşəbbüsün bir hissəsi olmaqdan məmnunuq.
Handex olaraq, "Yaşıl Dünya naminə Həmrəylik ili" çərçivəsində ekoloji və sosial məsuliyyət layihələrinə xüsusi önəm veririk. Davamlı inkişaf və ətraf mühitin qorunmasını dəstəkləmək üçün kağız istehlakını minimuma endirərək bütün tədris materiallarını onlayn təqdim edirik. Həmçinin, şirkət daxilində ekoloji davamlılığa töhfə verən iş prinsiplərinə əməl edir və səmərəli istifadəsinə təşviq edirik.