ADNSU-da Data Analitika ilə bağlı forum keçirildi

  • May 24,2024
ADNSU-da Data Analitika ilə bağlı forum keçirildi

Handex 200-dən çox tələbənin iştirakı ilə keçirilən AEGEE Youth Forumun sponsoru olaraq tədbirin uğurla həyata keçirilməsinə böyük dəstək verdi.

AEGEE, Avropa Tələbələrinin Qərargah Assosiasiyas gənclər arasında əməkdaşlığı təşviq edən geniş bir tələbə təşkilatıdır. AEGEE-Bakı, Bakıda yerli fəaliyyətlər göstərir və Avropa dəyərlərini yaymaq üçün tələbələr arasında mədəni mübadilələr təşkil edir.

Keçirdiyi növbəti form AEGEE Youth Formu idi. Bu formda 200-dən çox tələbə iştirak etdi. Forum kibertəhlükəsizlik, fərdi inkişaf, süni intellekt və data analitikası mövzularını əhatə edirdi. Forum boyunca komandamız, gənc iştirakçılarla birlikdə maraqlı və interaktiv yarışlar təşkil edərək onlara dəyərli hədiyyələr təqdim etdi. Eyni zamanda, gənclərə Data Analitika mövzusunda ətraflı yol xəritəsi təqdim edildi.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.