Handex 5-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”-də!

  • İyul 02,2024
Handex 5-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”-də!

24-26 iyun tarixlərində keçirilmiş 5-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”, yerli iqtisadiyyatın inkişafına və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq üçün mükəmməl bir platforma oldu. Tədbirdə 200-ə yaxın şirkət iştirak edərək öz yeniliklərini, texnologiyalarını və layihələrini nümayiş etdirərək böyük maraq topladılar.

Biz, Handex Təlim Mərkəzi olaraq, öz stendimizdə yer alaraq fəaliyyət və xidmətlərimizi sərgi ziyarətçilərinə təqdim etdik.

Sərgidə mərkəzimizin təlim və xidmətlərinə dair hazırlanmış çap materialları nümayiş etdirildi. 700-dən çox iştirakçı bizim stendə yaxınlaşaraq kurslarımızla yaxından, daha ətraflı tanış olma imkanı qazandı. 300-dən artıq iştirakçı ilə oynanılan maraqlı oyunlar zamanı qaliblərə yığdıqları xallara əsasən, hədiyyələr təqdim etdik. Həmçinin, biz sərgi zamanı VR eynəklər vasitəsilə virtual səyahət imkanı yaratdıq.

 

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.