Handex-də İkinci Excel Olmpiadası Keçirildi

  • May 07,2024
Handex-də İkinci Excel Olmpiadası Keçirildi

Handex təlim mərkəzi tərəfindən Azərbaycanda təşkil olunan ikinci Excel Olimpiadasını sizələrə təqdim edirik. Bir çox maraqlı anlar və dinamik yarışlarla dolu olan bu üç mərhələli olimpiadada 200-dən çox iştirakçı ilə həyəcanlı bir mübarizə keçirildi. Olimpiadada fərqli sahələrdə çalışan şəxslərdən tutmuş tələbələrə qədər hərkəs iştirak edirdi. Yarışın şərtləri və qaydaları sadə idi: "Düzgün həlləri ən tez sən göndər!". İştirakçılar mürəkkəb Excel tapşırıqlarını etmək üçün hər yoldan istifadə etdilər. Axtarışın sərbəst olması isə yaranmış kiçik çətinliklərin həllinə kömək etdi. Yarış çox rəqabətli, gərgin və bir o qədər də maraqlı keçdi. Bu gözlənilən idi, çünki Excel ekspertlərinin də olduğu yarışda qalib gəlmək heç də asan olmaz, elə deyilmi?

18 aprel 2024-cü il tarixdə birinci mərhələ keçirildi. Qeydiyyatdan keçmiş şəxslərə "e-mail" vasitəsilə tapşırıq göndərildi, doğru və ən tez göndərən ilk 40 namizəd sonrakı mərhələyə keçdi. 21 aprel 2024-cü il tarixdə kursumuzda ikinci mərhələ keçirildi, tapşırıqları düzgün və ən tez edən 16 namizəd final mərhələsinə keçdi. Final mərhələsi 28 aprel 2024-cü il tarixdə baş tutdu və bu mərhələdə iştirakçılar tapşırıq hazırlayaraq bir-birləri ilə yarışdılar. 1/8, 1/4, 1/2 və final mərhələsindən sonra qaliblər müəyyən olundu və onlara mükafatlar təqdim edildi. Qalibləri sizlərə təqdim edirik:

I yer: Elvin Rüstəmov - MKT İstehsalat Kommersiya MMC - Hesabatlılıq və büdcə üzrə mütəxəssis - 300 AZN + 200 AZN istənilən təlimə endirim

II yer: Fərid Şəfiyev - Grandmart - Analitika üzrə Bölmə Müdiri - 200 AZN + 100 AZN istənilən təlimə endirim

III yer: Böyükxanım Mahmudova - Kapital Bank - Biznes analitik - 100 AZN + 50 AZN istənilən təlimə endirim

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.