
Python-u artıq Excel-də istifadə edə biləcəyik. Microsoft şirkəti Excel-in tacını davamlı olaraq qoruyur, onun bacarıqlarını artırır və yeni funksiyalar gətitir.
Bu tacın ən son bəzəyi isə məşhur proqramlaşdırma dili olan Python-dur.
Əgər siz Microsoft 365 Insider versiyasına sahibsinizsə bu yenilikdən istifadə edə biləcəksiniz.
Pandas, Matplotlib, Seaborn, Statsmodels və NumPy kimi kitabxanalar hazır vəziyyətdə təqdim edilib, lakin ehtiyac olarsa digər kitabxanaları da quraşdırmaq mümkündür. Bu kitabxanaların köməkliyi ilə artıq bir çox mürəkkəb hesablamaları daha rahat formada və hətta Python-u Power Query ilə birlikdə istifadə edə biləcəksiniz.
Bu yenilik analitiklərə Excel-in tanış interfeysi ilə Python biliklərini dərinləşdirməyə imkan verəcək ən əhəmiyyətli yeniləmələrdəndir.
Python kodlarını birbaşa olaraq xanaya və ya "Insert Python” (Formulas) əmri vasitəsilə daxil edərək hesabatlar aparmaq və vizuallar yaratmaq çox rahat olacaq. Belə ki, bu iki güclü alət hesabatlar və analiz üçün ideal cütlük sayılır.