Peşələrin gələcəyi (The Future of Jobs)

  • Avqust 29,2023
Peşələrin gələcəyi (The Future of Jobs)

2023-cü ilin may ayında Dünya İqtisadiyyat Forumu (World Economic Forum) Peşələrin Gələcəyi (The Future of Jobs) adlı hesabatını təqdim etdi.

Hesabat, qlobal iqtisadiyyatın və iş sahəsinin gələcəyi ilə bağlı dəyişiklikləri və tendensiyaları araşdırmağa və qiymətləndirməyə yönəlmişdir. Hesabatın əsas məqsədi və funksiyaları aşağıdakılardır:

  • Teknoloji dəyişikliklərinin peşələrə təsiri: Yeni texnologiyaların, avtomatlaşmanın və digər innovasiya proseslərinin peşələrə, iş sahəsinə və təhsil tələblərinə necə təsir etdiyi araşdırılır;
  • Yeni ixtisaslar və yeni bacarıqlar: Gələcəkdə tələb olunacaq bacarıq və təhsil tələblərinin nə olduğunu təyin edilir;
  • İş Sahəsinin Yapılandırılması: İş sahəsindəki struktur və iş təşkilatında baş verən dəyişiklikləri dəyərləndirir, o cümlədən, müstəqil işçilərin rolu, işin təklik forması və s.
  • Biznes mühitində yeni təhlükə və imkanlar: Teknoloji yeniliklərinin səbəb olduğu təhlükələri və imkanlar qiymətləndirir;
  • Strateji Planlaşdırma: Qarşısını almağa çalışdığı tendensiyaları və dəyişiklikləri göz önündə tutaraq iş sahəsinə, hökumətlərə və təhsil müəssisələrinə rəhbərlik və tövsiyələr təqdim edir.

Bununlada, müəssisə və qurumlar gələcəkdə işgüzar mühitdə qarşılaşa biləcəkləri dəyişikliklərə hazırlıqlı olurlar. Həmçinin, hesabatlarla, iş dünyasının və qurumların planlaşdırma və təlimat strategiyalarını yaxşılaşdırmaq üçün kritik məlumatlar və təhlillər təqdim edir. 

2023-2027-ci illərdə yeni texnologiyalarının tətbiqi və dəyişən biznes mühiti, hal-hazırda dörd peşəyə olan tələbin artmasına səbəb olur. Hesabata əsasən "Data Analysts və Data Scientists", "Big Data Specialists", "Business Intelligence Analysts", "Database and Network Professionals" və "Data Engineers"  kimi peşələr üçün tələbin 30-35% artımı (1.4 milyon) gözlənilir. Bu peşələrin böyümə gözləntisi ölkələrarası bölgüdə ümumidir, lakin xüsusilə Çində bu gözlənti təxminən 45% olaraq daha yüksəkdir. Adı çəkilən peşələr daha çox Maliyyə Xidmətləri (Financial Services) (31%), İstehlak Mallarının Pərakəndə və Toptan Satışı (Retail and Wholesale of Consumer Goods) (37%) və Tədarük Zənciri və Nəqliyyat (Supply Chain and Transportation) (42%) sahələrində artacaqdır.

Hesabat ilə bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.