Market-Səbət Analizi Master-Klassı

  • Yanvar 31,2024
Market-Səbət Analizi Master-Klassı
Handex-də 16.01.2024 tarixində “Master-Səbət analizi” master-klassı baş tutdu.
Master klass zamanı aşağıda qeyd olunan mövzular ətrafında praktiki üsullar vasitəsilə iştirakçılara ətraflı məlumat verildi.
- Market-Səbət analizinin geniş izahı və mahiyyəti;
- Hansı məhsulların yaxud məhsul cütlüklərinin bir yerdə daha yaxşı satıldığı;
- Hər hansısa bir məhsulu alan müştərinin digər məhsul ilə bir yerdə alması ehtimalı;
Market-Səbət analizinin şirkətlər üçün necə əhəmiyyətli olması və nəticələrinin nə kimi faydalar gətirməsi barədə keçən müzakirə iştirakçıların marağına səbəb oldu. Belə ki, bu analiz nəticəsi ilə satışın artırılmasında alınan irəliləyişlər analizin əhəmiyyətini ortaya qoydu.
Market-Səbət analizinin praktiki hissəsində analizin edilməsi ilə bərabər nəticələrdən lazımlı məlumatı çıxarmağı əyani olaraq göstərməklə Kamal Mustafayev iştirakçılara mövzunu daha da aydın şəkildə nümayiş etdirdi.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.