Handex-də "İşi harada və necə axtarmaq lazımdır?" adlı seminar keçirildi.

  • Aprel 20,2024
Handex-də "İşi harada və necə axtarmaq lazımdır?" adlı seminar keçirildi.

20.04.2024 tarixində Handex təlim mərkəzində tədris iştirakçıları üçün "İşi harada və necə axtarmaq lazımdır?" adlı seminar keçirildi. Seminar zamanı dövlət qurumlarının birində çalışan istedadların cəlbedilməsi və iş gücü planlaşdırılması üzrə baş mütəxəssis olan Aidə Həbibova öz təcrübəsini iştirakçılar ilə bölüşdü. Əsas mövzular "Vakansiyaları harada və necə axtarmaq lazımdır?", "Müsahibə zamanı məlumat verilməsi tövsiyə olunan və olunmayan mövzular", "CV-ni harada  və necə hazırlaya bilərik?", "CV-də qeyd olunması tövsiyə olunan və olunmayan məlumatlar" və işə qəbul müsahibəsi zamanı vacib olan digər detallar barədə məlumat verildi.

Seminarın əsas məqsədi təlim iştirakçılarının tədrisi bitirdikdən sonra iş müsahibələrinə hazırlamaq və aidiyyəti sahə üzrə vakansiyalara yönləndirmək idi. Seminardan sonra bütün iştirakçılar CV  hazırlanma mərhələsinə cəlb olundular. Bütün iştirakçılara kariyeralarında uğurlar arzu edirik!

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.