Data Əsaslı Müştəri Seqmentasiyası

  • Oktyabr 04,2023
Data Əsaslı Müştəri Seqmentasiyası

23.09.2023 tarixində Sənan Orucov və Rəşad Qurbanovun təqdimatında "Data Əsaslı müştəri Seqmentasiyası" seminarımız keçirildi. Seminar zamanı istənilən biznes üçün ən vacib olan aşağıdakı suallara cavab tapıldı:

1) Müştərini davranışlarına əsasən necə effektiv şəkildə seqmentasiyaya ayıra bilərik?
2) RFM analizi nədir və biznesimiz üçün daha yaxşı müştəri tapmaq və satışları təmin etmək üçün onu necə tətbiq edə bilərik?
3) Müştərini loyallığı və risk faktorlarını necə ölçə və qiymətləndirə bilərik, və bu məlumatları marketinq strategiyalarımızı təkmilləşdirmək üçün necə istifadə edə bilərik?
4) Excel vasitəsi ilə satış datalarımızı necə təhlil edə, təmizləyə və müştərilərimizin davranış məlumatlarından maksimum fayda əldə edə bilərik?

Seminarın əsas mövzularından biri də RFM analizi oldu. RFM analizi, müştərilərin satın alma davranışlarını qiymətləndirmək üçün istifadə edilən bir analiz metodudur. Bu analiz, müştərilərin satın alma tarixi, satın alma tezliyi və satın alma dəyəri əsasında seqmentləşdirilməsi məqsədilə həyata keçirilir. RFM üç əsas komponentdən ibarətdir:

  • R (Recency): Sonuncu satın alma tarixindən indiki tarixə qədər olan gün sayıdır. Bu, müştərinin son satın almasının nə qədər təzə olduğunu göstərir. Məs X müştəri son dəfə bizdən 5 gün qabaq satın alıb.
  • F (Frequency): Müştərinin bəlli bir müddətdə neçə dəfə satın alma prosesi həyata keçirdiyini göstərir. Məs: 2 il ərzində X müştəri bizdən 150 dəfə satın alıb.
  • M (Monetary Value): Müştərinin bəlli bir müddətdə toplam nə qədər pul xərclədiyini (satın alma dəyərini) ifadə edir.  Məs X müştəri 2 il ərzində satın alma zamanı bizim şirkətə 125.000 AZN pul xərcləyib.

Yekunda binesin müxtəlif sektorlarında və fərqli vəzifələrində çalışan iştirakçıların sualları cavablandırıldı.

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.