
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) və Handex-in birgə təşəbbüsü ilə tələbələr üçün “Excel ilə data analizi” adlı təlim keçirilib.
“Handex” MMC-nin təsisçi və direktoru Rəşad Qurbanov tələbələrə data anlayışı, data məlumatların əldə olunma mərhələləri, data analizi və biznes analizi haqqında məlumat verib, həmçinin data analizinin biznesdə faydaları, düzgün strategiya və qərarverməyə təsiri barədə ətraflı danışıb.
Tələbələrlə interaktiv formatda keçirilən təlimdə R.Qurbanov bazar araşdırmaları zamanı toplanan məlumatlar əsasında biznes sahəsində vizual cavablara əsaslanaraq, mövcud vəziyyətin dəyərləndirilməsi, eyni zamanda biznesin inkişafına təkan verəcək doğru və effektiv qərarların verilməsi prosesini konkret təcrübə və nümunələr üzərindən izah edib. Gedişat zamanı Excel üzərində praktiki nümunələrdə göstərildi.
Təlim iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.