AzTU-da Universiteti başa vurduqdan sonra iş dünyasına ilk addım necə olmalıdır? adlı görüş keçirildi

  • Oktyabr 09,2023
AzTU-da Universiteti başa vurduqdan sonra iş dünyasına ilk addım necə olmalıdır? adlı görüş keçirildi

7 Oktyabr tarixində "Azərbaycan Texniki Universiteti SmartTech İnnovatorlar Mərkəzi" və "Handex"-in birgə təşəbbüsü ilə tələbə və məzunlar üçün "Universiteti başa vurduqdan sonra iş dünyasına ilk addım necə olmalıdır?" adlı görüş baş tutdu.

Çıxış zamanı Handex MMC-nin direktor müavini Kamal Mustafayev tələbələr ilə "Əmək bazarında hansı peşələrə ehtiyac var və həmin peşə sahibindən hansı bilik və bacarıqlar tələb olunur?" mövzusunda söhbət aparıb. Daha sonra işə qəbul üzrə mütəxəssis Fəridə Qurbanova "İşi harda axtarmalıyıq?”, “Müsahibələrə hazırlıq və CV hazırlanma qaydaları" adlı mövzular haqqında əsas məlumatları tələbələr ilə müzakirə etmişdir.  Yekunda isə Handex tədris mərkəzinin direktoru Rəşad Qurbanov iştirakçılar ilə "Texniki bilikləri harada və necə artırmaq mümkündür?" barəsində müzakirə aparmışdır.

Görüş iştirakçılar ilə xatirə şəkilin çəkilməsi ilə yekunlaşmışdır.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.