Spikerlərimiz Rəşad Qurbanov və İlqar Zərbalıyev sizə Power Automate-in xüsusiyyətləri, Power BI və Power Automate arasında olan qarşılıqlı əlaqə haqqında dolğun məlumatlar ötürüblər. Spikerlərimiz ən vacib məqamlara toxunublar.
Power Automate nədir?
İş prosseslərinizi avtomatlaşdırmağınıza imkan tanıyan, mümkün olduğunca az kodla dizayn işlərini yerinə yetirməyinizə yardımçı olan, Microsoft-un Power Platform ailəsinin bir üzvüdür. Birdən çox proqramı istifadə etməyinizə ehtiyac qalmadan özü avtomatik olaraq işlərinizi həll etməkdə sizə kömək edə bilir.
Power Automate-in əsas xüsusiyyətləri
Seçilmiş Şablonlar: Microsoft bir çox yayılmış işləri avtomatlaşdırmağa kömək edən hazır şablonlar təklif edir.
API və Konnektorlar: 300-dən çox tətbiqetmə və xidmət üçün hazır konnektorlar təklif edilir ki, bu da istifadəçilərin bu xidmətləri axınlarında asanlıqla inteqrasiya etməsini mümkün edir.
Mobil İstifadə: Power Automate-in mobil tətbiqi ilə istifadəçilər iş axınlarını idarə edə, yeni axınlar yarada və məlumatları mobil cihazlarından izləyə bilərlər.
Güclü Həyata Keçirmə İmkanları: İstifadəçilər dövr, şərt, məlumatın çevrilməsi, xəta idarəetməsi və daha çox funksiyalardan istifadə edərək çox kompleks axınlar yarada bilərlər.
İstifadə Nümunələri
E-Poçtun Avtomatlaşdırılması
Power Automate vasitəsilə istifadəçilər e-poçtlarını effektiv idarə edə bilərlər:
E-poçt Filtirləməsi: Elə bir proses yarada bilərsiniz ki, müəyyən kəlmələrə və ya ifadələrə sahib e-poçtlar avtomatik olaraq xüsusi bir qovluğa köçürülsün.
Bildirişlər: Müəyyən mənbədən gələn e-poçtlar üçün avtomatik bildiriş ala bilərsiniz.
Məlumatların Avtomatik Toplanması və Analizi
Əgər sizin bir veb sahəniz və ya e-ticarət platformanız varsa müştəri rəylərini və şərhlərini avtomatik olaraq toplaya və analiz edə bilərsiniz:
Müştəri Rəylərinin Toplanması: Müştərilərdən alınan rəylər avtomatik olaraq bir məlumat bazasında toplanır.
Sentiment Analizi: Toplanan şərhlər və rəylər müəyyən alqoritmlər vasitəsilə analiz edilərək müştərinin ümumi razılığına dair qiymətləndirmə əldə edir.
İş Proseslərinin Avtomatlaşdırılması:
Faktura Prosesi: Müştəri tərəfindən verilmiş sifarişlərə əsasən avtomatik fakturalaşdırma prosesi yarada bilərsiniz.
Təyinatlar və Tapşırıqlar: İşçilərinizə avtomatik tapşırıqlar təyin edə bilərsiniz ki, bu da iş prosesini asanlaşdırır və effektivləşdirir.
Xəbərdarlıq və Bildiriş Sistemi
Stok Bildirişi: E-ticarət platformaları üçün stokda olan məhsulların sayının aşağı düşməsi halında avtomatik bildiriş ala bilərsiniz.
Əlaqə Forması: Web sahənizdəki əlaqə formalarını dolduran istifadəçilərdən alınan məlumatlar avtomatik olaraq e-poçtunuza göndərilir.
Power Automate haqqında daha ətraflı məlumat üçün videoya baxa bilərsiniz.