Handex-də Peşə Hazırlığı
Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.
Oracle SQL Developer və Data Analitika sahələri üzrə Handex-də tədris alaraq iş həyatında lazım olan biliklərə yiyələnə bilərsiz. Hər iki tədris proqramı üzrə vacib biliklərlə yanaşı iş həyatında qarşılaşacağınız real nümunələrlə iş həyatına hazırlaşacaqsınız.
Oracle SQL Developer üzrə tədris 2 ay, Data Analitika üzrə isə 5 ay davam edir. Tədris boyunca həftənin 5 günü hər gün minimal 4 saat olmaqla tədris mərkəzinə gəlməlisiniz.
Necə müraciət edə bilərəm?
Dövlət Məşğulluq Agentliyinin rəsmi saytından qeydiyyatdan keçərək sizə uyğun tədris üzrə qeydiyyatdan keçirsiniz. Daha sonra bizim tədris mərkəzində imtahana cəlb olunursunuz. Müsahibə nəticəsində isə sizin son nəticəniz bəlli olur. Mərhələləri uğurla başa vuran namizədlər tədrisə başlayır

Handex həm arzuladığınız sahəni əlçatan edir,
həm də gələcək karyera inkişafınız üçün lazımı bilik və bacarıqları formalaşdırır.