Power BI nədir?

  • İyun 10,2024
Power BI nədir?

Power BI nədir?

Power BI, Microsoft tərəfindən inkişaf etdirilən bulud əsaslı bir iş zəkası və data analitika platformasıdır. Bu platforma, istifadəçilərin müxtəlif data mənbələrindən uyğun dataların toplamasına, analiz etməsinə, vizuallaşdırmasına imkan verir. Power BI, dataları qrafiklər, xəritələr, cədvəllər,  X-Y və nöqtə qrafikləri kimi müxtəlif vizual formatlarında təqdim edərək istifadəçilərin dataları daha yaxşı başa düşməyinə və düzgün qərarlar verməyinə kömək edir.

Platforma, mütəxəssislər üçün müxtəlif səviyyələrdə olan dataları istifadəyə uyğun olacaq şəkildə dizayn edilmişdir və Microsoft tərəfindən idarə olunan xidmət kimi fəaliyyət göstərir. Power BI, xam və mürəkkəb dataları nəticəyönümlü proqnozlara çevirmək üçün bir sıra alətlər təqdim edir, beləliklə istifadəçilər önəmli datalara fokuslana və bu informasiyaları başqaları ilə bölüşə bilirlər.

Qısacası, Power BI, istifadəçilərin dataları anlamaqla düzgün qərarlar qəbul etmələrinə kömək edən  güclü bir iş zəkası( Business Intelligence ) ve data analizi alətidir.

Power BI xüsusiyyətləri

İstifadəçi Dostu - “Sürüklə ve Burax” interfeysi

Power BI, kodlama və ya texniki bilik tələb etmədən hesabatlar və göstərici cədvəlləri yaratmağı asanlaşdıran intuitiv bir “sürüklə və burax” interfeysinə malikdir. İstifadəçilər data modellərindəki sahələri müvafiq sahəyə sürükləyərək və müəyyən filter konfiqurasiyası edərək sürətlə vizuallaşdırmalar yarada bilərlər.

Geniş Vizuallaşdırma Kitabxanası

Power BI geniş bir vizuallaşdırma çeşidi təqdim edir. İstifadəçilər əsas qrafiklər və cədvəllərdən tutmuş budaqlanan xəritələri, qrafikləri və istilik xəritələri kimi inkişaf etmiş vizuallaşdırmalara qədər müxtəlif seçimlər arasından seçim edə bilərlər. Bundan əlavə, xüsusi vizuallar Power BI Marketplace-dən yüklənə bilər və ya şirkət daxilində yaradıla bilər.

Digər Microsoft Məhsulları ilə İnteqrasiya

Power BI  Excel, SharePoint və Teams kimi digər Microsoft məhsulları ilə inteqrasiya etmək imkanına sahibdir. Bu inteqrasiya sayəsində, istifadəçilər Excel-dən məlumat ala bilər, SharePoint-ə Power BI hesabatları əlavə edə bilər və ya Teams-dəki hesabatlar üzərində əməkdaşlıq edə bilərlər, mövcud investisiyalarından yararlana bilərlər.

İnkişaf etmiş Analitik və Süni İntellekt Xüsusiyyətləri

Power BI proqnozlaşdırıcı analizlər aparmağa imkan verən inkişaf etmiş analitik və süni intellekt imkanları təqdim edir. İstifadəçilər məlumatlarındakı gizli şablon, dəyişiklikləri ortaya çıxarmaq üçün sürətli fikirləşmə, proqnozlaşdırma, qruplaşdırma və Azure Machine Learning inteqrasiyasından yararlana bilərlər.

Asan Məlumat Bağlantısı və İnteqrasiyası

Power BI müxtəlif data mənbələrindən məlumat ala bilən bir bağlantı nöqtəsi təqdim edir. Bu xüsusiyyət müxtəlif mənbələrdən gələn məlumatları birləşdirərək təhlil etməyi asanlaşdırır. Bir neçə məlumat qrupundan yalnız lazım olanları filtrasiya edə və təhlil üçün hazırlaya bilərsiniz.

Təhlükəsizlik və Mobil Uyğunluq

Power BI məlumatların təhlükəsiz şəkildə idarə olunmasını təmin edir. Microsoft-un təhlükəsizlik xüsusiyyətləri sayəsində məlumatlarınız qorunur və yalnız icazə verilmiş istifadəçilərlə paylaşılır. Bundan əlavə, Power BI, mobil versiyaya uyğunluğu ilə məlumatlarınıza hər hansı bir cihazdan asanlıqla giriş imkanı yaradır.

Power BI-nin bu xüsusiyyətləri müəssisələrin böyük məlumatlardan düzgün anlayışlar əldə etmələrinə, effektiv və vizual hesabatlar yaratmalarına, məlumatlarını təhlükəsiz şəkildə idarə etmələrinə və iş qərarlarını daha sürətli və dəqiq şəkildə vermələrinə kömək edir.

Power BI Kimlər istifadə edir? 

Power BI istifadəçiləri data elmi mütəxəssisləri və ya data mühəndisləri kimi peşəkarlarla məhdudlaşmır, həmçinin  müxtəlif istifadəçilər tərəfindən istifadə edilir. Əslində, platforma texniki biliyi olmayan istifadəçilərin də asanlıqla hesabat yarada, məlumatları manipulyasiya edə və düzgün formada məlumat təhlili apara bilməsi üçün nəzərdə tutulmuşdur.

Bununla yanaşı, platformanı gündəlik olaraq ən çox  istifadə edən peşə sahiblərindən bəziləri aşağıdakılardır:

  • Data analitiklər, Biznes analitiklər, Satış analitikləri

  • Hesabatlılıq üzrə mütəxəssislər

  • Təchizat zənciri, satınalma mütəxəssisləri

  •  Power BI üzrə mütəxəssislər

Power BI alternativləri

Microsoft Power BI ən populyar iş zəkası platformalarından biri olsa da, bu sahədə olan tək platforma deyil. Power BI-a alternativ ola biləcək bəzi platformalar vardır: 

  • Tableau

  • SAP Business Intelligence

Power BI üstünlükləri

Data modelling - Dataların modelləşdirilməsi

Power BI, məlumatların modelləşdirilməsi üçün güclü bir vasitədir. Bu proqram, müxtəlif mənbələrdən məlumatları birləşdirməyə və əlaqələndirməyə imkan verir. Dataların modelləşdirilməsi ilə istifadəçilər əlaqəli məlumat cədvəlləri quraraq daha dərin analizlər apara bilərlər. Həmçinin, Power BI-nın DAX (Data Analysis Expressions) dili ilə mürəkkəb hesablamalar və məntiqi funksiyalar yaradaraq məlumatları daha təfərrüatlı şəkildə analiz etmək mümkündür.

Data cleaning - Dataların təmizlənməsi

Power BI dataların təmizlənməsi, məlumatların düzgün, dolğun və istifadə edilə bilən vəziyyətə gətirilməsi üçün vacib bir proqramdır. Power BI-ın Power Query aləti ilə məlumatları asanlıqla təmizləmək, çevirmək və yenidən formatlamaq mümkündür. Məlumatlarda olan boşluqların doldurulması, ziddiyyətli məlumatların düzəldilməsi və lazımsız məlumatların çıxarılması kimi proseslər Power BI vasitəsilə səmərəli şəkildə həyata keçirilir.

Data visualization - Dataların vizualizasiyası 

Power BI, məlumatların qrafik, diaqram və interaktiv tablo kimi müxtəlif vizual formalarda təqdim edilməsi, istifadəçilərə məlumatları daha yaxşı anlamağa və nəticələr çıxarmağa kömək edir. Power BI, müxtəlif vizual elementlərdən istifadə edərək məlumatları canlı şəkildə təqdim etmək imkanı verir. Həmçinin, Power BI ilə interaktiv dashboardlar yaratmaq və bu dashboardlar üzərində real vaxtda dəyişikliklər aparmaq mümkündür.

Bu 3 özəlliyi özündə birləşdirdiyinə görə, Microsoft Power BI-a digər proqramlara nisbətən daha çox üstünlük verilir.

Power BI Desktop yükləmək - Necə?

Power BI platformasını ödənişsiz formada istifadə etmək üçün “desktop” versiyasından istifadə edə bilərsiniz.Yükləmək üçün: 

Buraya toxun

Power BI Təlimi və Kursları: Haradan Başlamaq Olar?

Peşəkar səviyyədə Power BI istifadəçisi olmaq üçün isə yaxşı bir təlim proqramına qoşulmaq və ya onlayn resurslardan istifadə edə bilərsiniz.

Microsoft Learn

Microsoft Learn platforması Power BI öyrənməyə başlamaq üçün ən mükəmməl yerlərdən biridir.

Udemy

Udemy, müxtəlif müəlliflər tərəfindən təklif olunan geniş kurslarla məşhurdur. Power BI-ı başlanğıc səviyyədən peşəkar səviyyəyə qədər öyrənmək istəyənlər üçün ideal bir yerdir.

YouTube Kanalları

Guy in a Cube və Curbal kimi məşhur YouTube kanalları, Power BI ilə əlaqədar praktik məsləhətlər və dərslər təklif edir.

Azərbaycan dilində isə Handex Youtube kanalından öyrənə bilərsiniz.

Həmçinin, Handexdə keçilən Power BI təliminə qoşularaq karyeranızda yeni bir cığır aça bilərsiniz…

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.