Mühasib və maliyyəçilər üçün ən lazımlı Excel funksiyaları

  • May 24,2024
Mühasib və maliyyəçilər üçün ən lazımlı Excel funksiyaları

Maliyyə və mühasibatıq sahəsində fəaliyyət göstərənlər üçün Excel müxtəlif məlumatların səmərəli formada təhlil və hesablamalarına cavab verən, işin effektivliyini artıran və vaxta qənaət etməyə kömək edən proqramdır. Buna görə də, bu sahədə çalışanlar Exceli yüksək səviyyədə bilməlidirlər.

Maliyyə mühasibatlıq sahəsi üçün Excel funksiyaları :

SUM, SUMIF, SUMIFS funksiyası 

Bu funksiyalar məlumatlarda dəyərlərin cəmini tapmaq üçün istifadə olunur. SUMIF və SUMIFS daha mürəkkəb şərtlərə əsasən seçilmiş dəyərlərin cəmini hesablayır.
Daha ətraflı Youtube kanalımızda: BURAYA TOXUN

VLOOKUP və XLOOKUP funksiyası

Bu funksiyalar, bir cədvəldən müəyyən dəyərləri axtararaq başqa bir cədvəldəki uyğun dəyərləri qaytarmaq üçün istifadə olunur. XLOOKUP, VLOOKUP-dan daha yeni və güclü bir alternativdir və daha çox seçim imkanı təqdim edir.

VLOOKUP məhsul kodu ilə əlaqəli satış qiymətini və ya satış məlumatlarını tapmaq, müştəri ID-si ilə əlaqəli müştəri adını, əlaqə məlumatlarını və ya balans məlumatlarını tapmaq üçün istifadə olunurdusa,
XLOOKUP Müxtəlif cədvəllər arasında məlumatların uyğunlaşdırılması və birləşdirilməsi, daha çevik və dinamik hesabatların yaradılması üçün (məsələn, maliyyə hesabatları və balans hesabatları) istifadə olunur.

VLOOKUP üçün daha ətraflı Youtube kanalımızda : BURAYA TOXUN
XLOOKUP üçün - BURAYA TOXUN

IF, AND, OR funksiyası

Bu funksiyalar müəyyən məntiqi hərəkətləri və doğru-yanlış ilə müəyyənləşdirildikdə nəzarət, kontrol üçün istifadə olunur.  Bu funksiyalar maliyyə hesabatlarında və mühasibatlıq qərarlarında çox vacibdir.

İF funksiyası - İşçilərin performansına əsasən bonusların hesablanması, məsələn, satış həcmi 100,000 manatı keçərsə, 5% bonus verilməsi üçün istifadə olunur.
AND funksiyası - Məsələn, müştərinin krediti təsdiqləmək üçün həm kredit skoru yüksək olmalı, həm də gəlir/xərc nisbəti aşağı olmalıdırsa, AND funksiyası istifadə edilir.
OR funksiyası bir neçə şərtdən hər hansı birinin doğru olub-olmadığını yoxlayır. İşçi ya satış hədəfini keçirsə, ya da yüksək performans dəyərləndirməsi alsa bonus alır.

Funksiyaların necə işlədiyini Youtube kanalımızdan BURAYA TOXUNARAQ öyrənə bilərsiniz.

COUNT, COUNTIF, COUNTIFS funksiyası

Müəyyən şərtlərə uyğun olan dəyərlərin sayını hesablamaq üçün istifadə olunur. Bu funksiyalar, məsələn, müəyyən bir məbləğdən yuxarı olan ödənişlərin sayını tapmaq kimi tətbiqlərdə faydalıdır.

NPV və IRR - Net İndi Dəyər (NPV) və Daxili Qaytarım Dərəcəsi (IRR) funksiyaları

İnvestisiya layihələrinin dəyərini və mənfəətliliyini qiymətləndirmək üçün istifadə olunur, bu da maliyyə qərarlarını verməkdə əsas rol oynayır.

PM, PPMT, IPMT funskiyası

Kredit ödənişlərini, o cümlədən faiz və əsas ödənişləri hesablamaq üçün istifadə olunan funksiyalardır.

ROUND funksiyası

Exceldə ədədləri müəyyən bir onluq yerə qədər yuvarlaqlaşdırmaq üçün istifadə olunur. Bu funksiya, maliyyə və mühasibatlıq sahəsində olan hesablamalarda dəqiq rəqəmlər tələb olunan yerlərdə xüsusilə faydalıdır. Misal üçün, maliyyə hesabatları hazırlanarkən, vergi hesablamalarında və ya maliyyə təklifləri tərtib edilərkən yuvarlaqlaşdırılmış dəyərlər istifadə edilməsi məcburidir.

Daha ətraflı: BURAYA TOXUN

TODAY və NOW funksiyası

Bu funksiyalar cari tarixi və vaxtı qaytarır. Maliyyə-mühasibatlıq hesabatlarında və sənədləşdirmədə tarixi avtomatik olaraq qeyd etmək üçün istifadə olunur.

Daha ətraflı : BURAYA TOXUN

DATE funksiyası

Müəyyən edilmiş il, ay və gün əsasında tarix obyekti yaradır. Bu, məsələn, ödəniş vədlərinin hesablanmasında faydalıdır.

Video təlimat : BURAYA TOXUN

EDATE funksiyası

Başlanğıc tarixindən müəyyən sayda ay əvvəl və ya sonra olan tarixi hesablayır. Bu, məsələn, kreditlərin və ya dövri ödənişlərin tarixlərini hesablamada istifadə olunur.

Video təlimat : BURAYA TOXUN

NETWORKDAYS funksiyası

İki tarix arasında iş günlərinin sayını hesablayır. Bu, işçilərin məzuniyyət günlərini və ya iş günlərini hesablamada istifadə olunur.

Video təlimat : BURAYA TOXUN

Excel menyuları :

Pivot Table

Məlumatları qruplaşdırmaq, təhlil etmək və vizuallaşdırmaq üçün istifadə olunur. Maliyyə məlumatlarını təhlil etmək və hesabatlar hazırlamaq üçün çox güclü bir vasitədir. Maliyyə-mühasibatlıq sahəsi üçün “olmazsa olmaz” adlandırdığımız menyulardan biridir.

Conditional Formatting

Şərti formatlaşdırma (conditional formatting) məlumatların vizual olaraq daha cəlbedici və anlaşılan olması üçün müəyyən kriteriyalara əsasən tətbiq olunan formatlaşdırmadır.

Daha ətraflı: BURAYA TOXUN

Handexdə keçiriləcək Excel təliminə qoşularaq Excel biliklərini yüksək səviyyəyə çıxara bilərsiniz.

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.