MOSE nədir? | MOSE sertifikatının faydaları | Necə almaq olar?

  • Mart 28,2024
MOSE nədir? | MOSE sertifikatının faydaları | Necə almaq olar?

Microsoft sertifikatları

Bildiyimiz kimi “Microsoft”-un müxtəlif məhsulları üzrə müxtəlif növ imtahanları vardır. Bunlardan biri də Office proqramları üzrə beynəlxalq səviyyəli imtahan olan “Microsoft Office Specialist”, qısacası MOS imtahanıdır. Bu imtahanı verməklə siz Microsoft Office proqramları üzrə bilik və bacarıqlarınızı beynəlxalq sertifikatla təsdiq etmiş olursunuz. Bununlada həmçinin siz ofis paketinə daxil olan proqramlar üzrə (Excel,  Word, Power Point, Outlook və s.) dərin biliklərə yiyələnirsiniz 

MOS sertifikatları üç fərqli səviyyədə təqdim olunur:

MOS(Microsoft Office Specialist) sertifikatı :

Bu sertifikat imtahana hazırlıq zamanı qazandığımız biliklər, Microsoft Office proqramlarının əsas funksiyaları və imkanları haqqında geniş bilikləri təsdiqləyir. İstifadəçilər  Word, Excel, PowerPoint və s. kimi müvafiq proqramlar üzrə imtahan verərək bu sertifikata sahib ola bilərlər. Bu səviyyə ofis proqramlarını günlük işlərində effektiv şəkildə istifadə etmək istəyən şəxslər üçün idealdır. Məs: siz MOS Excel sertifikatını verməklə sübut edirsiz ki, artıq iş mühitində orta səviyyədə Excel istifadə edə bilirsiniz. Çünki, bu mövzular gündəlik Excel istifadəçisinin istifadə etdiyi funksiya və ya əmrləri əhatə edir.

MOS Expert sertifikatı :

Bu,Microsoft Office proqramlarında daha yüksək səviyyədə bilik və bacarıqları təsdiqləyən sertifikatdır. Word və Excel kimi xüsusi proqramlarda peşəlar səviyyədə bilik və bacarıqlar tələb edilir. Bu sertifikat adətən mürəkkəb sənədlər və hesabatlar hazırlamaq, dataların analizi və məlumatların vizuallaşdırılması kimi işlər üçün tələb olunan peşəkarlara yönəlmişdir. Məs: siz MOS Excel Expert sertifikatını verməklə artıq çox yaxşı səviyyədə iç-içə funksiya yazmaq bacarığınızın olduğunu təsdiq edirsiniz. Və yaxud sürətli şəkildə Pivot Table vasitəsilə hesabatlar hazırlaya bilirsiniz. Çünki MOSE sertifikatının olmağı, artıq sizin iş mühitində kifayət qədər yaxşı Excel istifadəçisi olduğunuzu təsdiq edir.

MOS Master sertifikatı :

Bu sertifikat Microsoft Office proqramlarının ən yüksək səviyyədə bilik və istifadəsini təsdiqləyir. Master sertifikatını qazanmaq istəyən istifadəçi bir sıra imtahanlardan keçməli, Word, Excel, PowerPoint, Outlook, Access və bu kimi bir neçə fərqli Office proqramında yüksək performanslarını nümayiş etdirməlidirlər. Məs: MOS Master Office 2019 sertifikatını əldə etmək istəyən iştirakçı aşağıdakı imtahanlardan uğurla keçməlidir:

1.MOS Excel 2019 Expert MO-201: Microsoft Excel Expert certification;

2.MOS Word 2019 Expert MO-101 Microsoft Word Expert Exam certification;

3.MOS PowerPoint 2019 MO-300 Microsoft PowerPoint Associate Exam certification;

4.Seçimə bağlıdır. Yəni yuxarıda 3 sertifikatdan əlavə olaraq, aşağıdakı iki sertifikatdan birini seçib əldə etməlisiniz:

a.MOS Outlook 2019 MO-400 Microsoft PowerPoint Associate Exam certification;

b.MOS Access 2019 Expert MO-500: Microsoft Access Expert certification.

MOSE ( Microsoft Office Specialist Excel Expert ) Nədir?

Bu məqalədə MOS Excel Expert, yəni MOSE adlandırılan beynəlxalq Excel sertifikatından danışacayıq. MOSE nədir? Exceldən beynəlxalq sertifikat almaq üçün nə etməliyəm? Kimi sualların varsa, bu yazını sona qədər mütləq oxu. Çünki bu sertifikat sənin karyeran üçün çox əhəmiyyət kəsb edir.

Microsoft Office Specialist (MOS) Excel Expert sertifikatı, fərdin Microsoft Excel proqramından yüksək səviyyədə istifadə bacarıqlarını təsdiqləyən bir sənəddir. MOSE sertifikatı artıq sizin Exceldə mürəkkəb tapşırıqları yerinə yetirə biləcəyinizi, Excelin irəli xüsusiyyətlərindən, o cümlədən iş kitablarını (workbook) idarə etmək və paylaşmaq, şərtli formatlar (conditional formatting) tətbiq etmək, irəli formullar yaratmaq və daha çox işləri yerinə yetirə biləcəyinizi göstərir.

MOSE Excel imtahanı - hazırlıq zamanı qazanacağınız bacarıqlar 4 hissəyə bölünür :

1.Sərbəst formada sadə və mürəkkəb funksiyalar yazmaq bacarığı  İmtahan sizdən IF(), IFS(), SWITCH(), SUMIF(), AVERAGEIF(), COUNTIF(), SUMIFS(), AVERAGEIFS(), COUNTIFS(), MAXIFS(), MINIFS(), AND(), OR(), NOT(), LET(), XLOOKUP(), VLOOKUP(), HLOOKUP(), MATCH(), INDEX(), NOW(), TODAY(), WEEKDAY(), WORKDAY(), AND(), IF(), NPER(), PMT(), FILTER(), SORTBY() kimi funksiyaların peşəkar istifadəsini tələb edir. Siz imtahana hazırlaşan zaman bu funksiyaların təyinatını, hansı hallarda və praktikada necə istifadə olunduğunu çox yaxşı öyrənməlisiniz. Çünki imtahanda sizdən istənilən tapşırıqda peşəkar yanaşma tələb olunur.

2.Dataların analizi Excel müasir dövrün ən vacib analiz alətlərindən biridir. Siz MOSE sertifikatına hazırlıq zamanı Pivot Table, Pivot Chart kimi xüsusiyyətlərdən istifadə etməklə məlumatlarınızı analiz edəcəksiniz. Bununla da, sizdə Exceldə məlumatları təfsir və təqdim etmək üçün lazım olan analiz alətlərindən və texnikalarından istifadə bacarıqları formalaşacaq.

3.Dataların vizuallaşdırılması Datalarınızı vizuallaşdırmaq üçün Excel qrafikləri çox yaxşı seçimdir. Məhz Excel expert imtahanında bununla bağlı bir bölmə var ki, (Manage Advanced Charts and Tables) bu hissədən yüksək nəticə almaq üçün Exceldə vizuallaşdırma bacarıqları çox önəm kəsb edir. Əlavə olaraq şərtli formatlamalar (conditional formatting) vasitəsilə də mükəmməl vizual görüntülər yarada bilərsiniz.

4.Excel səhifələri (Excel Worksheet) ilə peşəkar işləmək bacarığı  Excel səhifələrini rahatlıqla gizlədə, parol vasitəsilə qoruya və ya sizin təyin etdiyniz müdaxilələrə icazə verə bilərsiniz. Məs: qarşı tərəf ancaq xanaları rəngləyə bilsin, başqa heç bir dəyişikliyə icazə vermirsiniz.
Gördüyünüz kimi, Excel sertifikatı bizi Beynəlxalq sertifikatlı Excel Experti etməkdən əlavə bu proqram haqqında kifayət qədər yaxşı bilik və bacarıq qazandırır. Siz qeyd olunan məsələləri peşəkar səviyyədə bilmədən və tətbiq etmədən imtahandan uğurlu nəticə əldə etməyiniz mümkün deyil.

MOSE beynəlxalq sertifikat almağın əhəmiyyəti və karyerada rolu

1.Peşəkar bacarıqların beynəlxalq səviyyədə təsdiqlənməsi:

MOSE sertifikatı sizin Microsoft Excel proqramında yüksək səviyyədə bacarıqlara sahib olduğunuzu təsdiqləyir, bu isə öz növbəsində iş axtarışında və peşəkar inkişafınızda sizə üstünlük verir.

2.Karyera İmkanlarını artırır: Exceldən beynəlxalq sertifikat, müxtəlif sahələrdə iş imkanlarınızı genişləndirir, çünki Excel artıq ofis işlərinin olmazsa olmazıdır. Və ətrafımızda bu proqramı çox yaxşı bilib, uzun müddət işsiz qalan demək olar ki, yoxdur.

3.Əməkdaşlıq və iş axınlarının optimallaşdırılması: Yüsək Excel biliyi sizə komanda ilə əməkdaşlıqda və iş proseslərini daha effektiv idarə etməkdə üstüklüklər yaradacaqdır.

4.Əmək bazarında rəqabətə davamlı maaş: MOSE sertifikatı olan peşəkarlar, adətən, Excel bilikləri olmayan həmkarlarına nisbətən daha yüksək maaş alırlar.

5.Peşəkar İnkişaf və Öyrənmə: MOSE sertifikatı almaq özünüzü peşəkar olaraq inkişaf etdirmək və yeni bilik və bacarıqlar əldə etmək üçün daimi bir öyrənmə prosesidir.

MOSE - Excel Expert imtahanına necə hazırlaşmaq olar?

  • Handex - Youtube kanalı vasitəsilə
  • Udemy, Coursera kimi onlayn platformalarla

Həmçinin, Handexdə keçirilən MOSE təlimi sizə Excel Expert olmağınıza yardımçı ola bilər.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.