
İnsan Resursları sahəsində hazır proqram təminatları olsa belə, Excel unikal üstünlüklərinə görə bir çox HR mütəxəssisləri üçün vacibdir. HR tapşırıqlarının sadələşdirilməsi istənilən təşkilatın düzgün işləməsinə kömək edir. Effektiv HR prosesləri işçilərin idarə edilməsini, işə qəbulunu və ümumi işçilərin produktivliyini, effektivliyini artırır. Məhz buna görədir ki, hər bir HR mütəxəssisləri Excel bilməlidir.
HR-lar üçün ilkin Excel funksiyaları:
-
İF
-
And
-
Or
Bu funksiyalar müəyyən məntiqi hərəkətləri və doğru-yanlış ilə müəyyənləşdirildikdə nəzarət, kontrol üçün istifadə olunur. Funksiyaların necə işlədiyini Youtube kanalımızdan BURAYA TOXUNARAQ öyrənə bilərsiniz.
Məzuniyyət hesablamaq üçün Excel funksiyaları
-
EDATE əmri
Bu funksiyanı xüsusilə sınaq müddəti zamanı istifadə edə bilərsiniz. Əgər bu gün (25.04.2024) işçini 2 aylıq sınaq müddətinə cəlb etmisinizsə, bu funksiya sayəsində siz 2 ay sonra hansı tarixə düşəcəyini müəyyənləşdirə bilərsiniz.
Daha ətraflı : BURAYA TOXUN
-
TODAY funksiyası
Bu funksiya bugünki tarixi, yəni siz bu funksiyanı yazarkən, hansı tarixdirsə onu göstərəcək,
Daha ətraflı : BURAYA TOXUN
-
DATEDIF funksiyası
Bu əmr sizə 2 tarix arasında fərqi göstərir. Məsələn: Əgər siz 20.04.2022 ilə 14.11.2023 arasında il; ay; gün fərqini tapmaq istəyirsinizsə, DATEDIF funksiyası sizə kömək edəcəkdir.
Daha ətraflı : BURAYA TOXUN
-
EOMONTH əmri
End of Month olaraq izah olunan “ayın son günü” əmri EDATE funksiyasına bənzəsə də, fərq ondadır ki, əlavə olunmuş ay sayını qeyd etdikdə, həmin ayın son gününü qeyd edəcək.
Məsələn: EDATE funksiyasında 25.04.2021 tarixinin üzərinə 3 aylıq sınaq müddətini gəlmək istəyirsinizsə, 25.07.2021 göstərəcək. EOMONTH funskiyasında isə bu tarix 31.07.2021 olaraq təyin olunacaqdır.
İnsan Resursları mütəxəssisləri üçün Excel funksiyaları
-
AVERAGE/AVERAGEİF /AVERAGEİFS funksiyası
"AVERAGE" funksiyası müəyyən aralıqda olan dəyərlərin ortalamasını hesablayır.
"AVERAGEIF" funksiyası isə müəyyən bir şərti ödəyən dəyərlərin ortalamasını hesablayır. Məsələn, bir sütunda yalnız müştərilərin yaşları varsa və yaşları 25-dən böyük olan müştərilərin ortalamasını bilmək istəyirsinizsə, "AVERAGEIF" funksiyasından istifadə edə bilərsiniz.
"AVERAGEIFS" funksiyası isə birdən çox şərti ödəyən dəyərlərin ortalamasını hesablayır. Məsələn, yaşları 25-dən böyük və maaşları 3000-dən çox olan müştərilərin ortalama yaşını bilmək üçün "AVERAGEIFS" funksiyasından istifadə edə bilərsiniz.
Daha ətraflı : BURAYA TOXUN
-
WORKDAY funksiyası
Əgər siz müəyyən iş günü sonrasını hesablamaq istəyirsinizsə, bu formula sizə kömək edəcəkdir.
Məsələn: 08.07.2020 tarixindən 10 iş günü sonrasını hesablamaq istəyirsinizsə, =WORKDAY(seçilən xana,10) yazaraq həmin günü hesablaya bilərsiniz. Belə olduqda, şənbə və bazarı qeyri iş günü hesablayacaq və həmin günlərə daxil etməyəcək.
Daha ətraflı : BURAYA TOXUN
-
VLOOKUP və XLOOKUP funksiyaları
"VLOOKUP" və "XLOOKUP" Excel funksiyaları məlumatları axtarmaq və məlumatlara əsaslanaraq qiymətləri tapmaq üçün istifadə olunur:
"VLOOKUP" funksiyası, əsas dəyəri bir cədvəldəki sıralanmış ilk sütununda axtarır və buna uyğun bir dəyəri geri qaytarır. Bu funksiya ən çox işlənilən funksiyalardan biridir, məsələn, məhsul koduna görə məhsulun adını tapmaq və ya şəhər adına görə məhsulların satış qiymətini tapmaq kimi.
Daha ətraflı : BURAYA TOXUN
XLOOKUP funksiyası isə VLOOKUP funksiyasına alternativ olaraq əlavə olunub. Əsas fərqi, XLOOKUP-ın daha çox funksional olmasıdır. XLOOKUP funksiyası, daxil etdiyiniz bir aralıqda əsas dəyəri axtarır və uyğun dəyəri geri qaytarır. Bu funksiya VLOOKUP-dan fərqli olaraq, sıralanmış məlumatlara və ya əsas dəyəri axtarmaq üçün bir sütun aralığına ehtiyac yoxdur, daha çox müəyyən şərtlərə əsaslanan axtarışlar üçün əlverişlidir.
Daha ətraflı : BURAYA TOXUN
Tabel hazırlamaq üçün Excel
Tabel hazırlamaq üçün daha çox count/countif sum funksiyalarından istifadə olunur.
-
SUM funksiyası müəyyən toplama əmrləri icra etmək üçün istifadə olunur.
-
"COUNTA" və "COUNTIFS" Excel funksiyaları insan resursları (HR) sahəsində məlumatların sayılması üçün istifadə olunur:
"COUNTA" funksiyası, verilən bir aralıqda olan bütün dəyərlərin sayını hesablayır. HR üçün məsələn, şirkətdə işçilərin ümumi sayını hesablamaq üçün istifadə edilə bilər."COUNTIFS" Excel funksiyası, birdən çox şərtə uyğun gələn məlumatların sayılmasına imkan verir. Bu funksiya, müxtəlif şərtlərə əsaslanan kompleks axtarış və sayım əməliyyatlarını həyata keçirməyə kömək edir.
Məsələn, əməkdaşların departament və maaşlarını dəyərləndirərkən, "COUNTIFS" funksiyasını istifadə edə bilərsiniz. Beləliklə, müvafiq departamentdə işləyən və müəyyən bir maaş aralığında olan əməkdaşların sayını asanlıqla hesablaya bilərsiniz.
Daha ətraflı : BURAYA TOXUN