Excel qisayolları

  • İyun 07,2024
Excel qisayolları

Microsoft Excel, geniş funksionallığı və çoxsaylı xüsusiyyətləri ilə iş dünyasında ən çox istifadə olunan proqramlardan biridir. Ancaq Excel-də səmərəli işləmək üçün yalnız bu proqramın əsas funksiyalarını bilmək kifayət deyil. Qısayollardan istifadə etməklə işinizi daha da sürətləndirə bilərsiniz.

Excel qısayolları vasitəsilə menyulara gedərək və mouse istifadə edərək işləmək əvəzinə, birbaşa klaviatura ilə əməliyyatları yerinə yetirə bilərsiniz.

Qəbul etməliyik ki, Excel-də işləyərkən ilk baxışda çox sadə görünən əməliyyatlar bəzən çox uzun zaman aparır. O səbəbdən, mümkün olan hər bir imkanda Excel-dəki çox rahat qısayol kombinasiyalarından istifadə etmək hər zaman tövsiyyə olunur.

Alt düyməsi ilə Excel qısayolları

Mouse işlətmədən menyuda naviqasiya etmək üçün Alt düyməsindən istifadə edirik. Menyudakı hər bir komponenti qısayollarla aktivləşdirə bilərik. Alt düyməsinə sıxdığımız anda, menyuda anidən hərflər əmələ gəlir.

Bu düymələri sıxmaqla istədiyimiz məsafəni qət edə və menyudakı istədiyimiz komponentdən istifadə edə bilərik.

Excel qisayollari

Ctrl+A - Diapazonun, Excel səhifəsinin bütövlükdə seçilməsi

Ctrl+A ilə sadəcə bütün səhifə deyil, kursorun içində olduğu diapazon da seçilə bilir.B4 xanasına gəlib Ctrl+A ilə bütün səhifəni deyil, ancaq A1:C6 diapazonunu seçmiş olduq. Lakin Ctrl+A bir dəfə də sıxsaq, bu səfər bütün səhifə seçilmiş olacaq. Bundan əlavə, bütün səhifəni seçmək üçün sətir və sütun adlarının kəsişməsindəki dörtbucaqlıya klikləmək də kifayət edəcəkdir. Ctrl+Shift+8 –Ctrl+A ilə etdiyimizin tamamilə əkizidir.

 

Ctrl+C, Ctrl+X, Ctrl+V – Məlumatın kopyalanması, kəsilməsi və yapışdırılması

F2 – Xananın düzəliş rejimi

Xananı seçdikdə, F2 düyməsinə sıxdığınızda və ya mausun sol düyməsi ilə double-click edərək xananın düzəliş rejimində olacaqsınız. Bu, xananın məzmununu düzəltməyə imkan verir. Bu zaman, xanadakı bütün dəyəri deyil, sadəcə dəyişmək istədiyimiz komponentlərinə toxunmuş olacağıq.

Alt+Enter – Xana daxilinə ikinci sətrin əlavə edilməsi

Bəzən bir xananın daxilinə ikinci sətir əlavə etmək ehtiyacı olur. Xananın içinə F2 qısayolu ilə daxil olub, ilk sözün sonuna gəlib Alt+Enter düymələrini sıxmağımız kifayət edəcəkdir.

Shift+Ctrl+L – Filteri aktiv/deaktiv etmə

Hər hansı bir cədvəli filterləmək istədiyimizdə, o cədvəli seçib, Data menyusundan Filter düyməsini klikləməliyik. Lakin bunu klaviatura ilə etmək dəfələrlə asandır. Bunun üçün lazımi cədvəl seçilir (və ya cədvəlin hər hansı bir xanasının üzərinə gəlinir) və Shift+Ctrl+L kombinasiyası həyata keçirilir.

Alt+=Avtomatik SUM() funksiyasını əlavə edir.

Ctrl+T və Ctrl+L – Cədvəl formatının tətbiq edilməsi

Bir çoxumuz üçün sürpriz olsa da, cədvəl formatlı diapazonlar sadəcə Ctrl+T ilə deyil, eyni zamanda Ctrl+L ilə də qurula bilir. Bunun üçün hər zamankı kimi, diapazonun istənilən nöqtəsinə gəlib bu qısayollardan birindən istifadə etmək kifayət edəcəkdir.

Sürətli formatlama qısayolları

Shift+Ctrl+1: Xanadakı dəyəri Rəqəm formatına çevirir.

Shift+Ctrl+3: Xanadakı dəyəri Tarix formatına çevirir.

Shift+Ctrl+4: Xanadakı dəyəri Valyuta formatına çevirir.

Shift+Ctrl+5: Xanadakı dəyəri Faiz formatına çevirir.

Shift+Space – Sətri bütövlükdə seçmə

Bütün sətri seçməyə yarayır. Bütövlüklə seçmək istədiyiniz sətrin hər hansı bir xanasına gəlirsiniz və bu kombinasiyanı həyata keçirərək bütün sətri seçmiş olursunuz. Əgər birdən çox sətir seçiləcəksə, o zaman Shift düyməsi ilə birgə Aşağı düyməsinə sıxaraq lazımi qədər sətir seçmək mümkündür. Eyni əməliyyatı bütövlüklə seçmək istədiyiniz sətrin nömrəsinə klikləyərək də edə bilərsiniz.

Ctrl+Space – Sütunu bütövlükdə seçmə

Bu kombinasiya isə bütün sütunu seçməyə yarayır. Eynilə bütün sətirləri seçməkdə olduğu kimi. Bütün prinsiplər tamamilə eynidir. Bütövlüklə seçmək istədiyiniz sütunun hər hansı bir xanasına gəlirsiniz və bu kombinasiyanı həyata keçirərək bütün sütunu seçmiş olursunuz.

Shift+Ctrl+= – Sətir/sütun əlavə etmə

2 sətir və ya sütun arasına yeni sətir/sütun əlavə etmək üçün istifadə olunur. Eyni funksiyanı mouse-un sağ düyməsinə klikləyib, oradan Insert də seçilə bilər, lakin istifadə etməyə başladıqca, necə asan və effektiv yol olduğunu görəcəksiniz. Həyata keçirilməsi çox sadədir. Əvvəlcə, yeni sətir/sütunun hara əlavə ediləcəyini müəyyən edirsiniz, aşağıdakı screenshot-a nəzər yetirək.

Məşhur qısayollar

Ctrl+Z Ən son edilən əməliyyatı ləğv edir

Ctrl+Y Ləğv edilən əməliyyatı bərpa etməyə yarayır.

Tab – Növbəti xanaya keçmək (sağa hərəkət)

Enter – Xanadakı girişi tamamlamaq və növbəti xanaya keçmək üçün (aşağı)

Esc – Girişi ləğv etmək üçün

Ctrl+(↑↓←→) – Ox istiqamətində ən son dolu xanaya getmək üçün

Shift+(↑↓←→) – Ox istiqamətində xanaları seçmək üçün

Ctrl+Shift+(↑↓←→) – Ox istiqamətində ən son dolu xanaya kimi xanaları seçmək üçün

Shift+F2 – Xanaya qeydin əlavə edilməsi

CTRL+ALT+V – Kopyalanan hər hansı bir yazını Xüsusi yapışdırmaq üçün (Paste Special)

CTRL+ + – Sətir, Sütun və ya xananın əlavə edilməsi

CTRL+- – Sətir, Sütun və ya xananın silinməsi

CTRL+1 – Format Cells (Xanaların formatı) pəncərəsi açılır

CTRL+ENTER – Bir xanaya yazılmış məlumatın seçilmiş digər xanalara yazılması

CTRL+G – Go To (getmək) pəncərəsi

Ctrl+D – Bir üstdəki xananı kopyalamaq

Ctrl+R – Soldakı xananı kopyalamaq

Shift+F2 - Xanaya şərh əlavə etmə

Ctrl+; - Bu günün tarixini daxil etmək

Ctrl+N – Yeni boş Excel faylı açmaq

Ctrl+P – Faylı printə göndərmək

Ctrl+S – Faylın yaddaşa atılması

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.