Excel-də mətnləri ayırmaq, birləşdirmək,yenidən formatlamaq və yenidən yazmaq üçün mətn funksiyaları vardır. Bu funksiyalar mətnlərlə işləyərkən daha mürəkkəb icraatlarda birlikdə kombinasiya edilərək istifadə oluna bilər. Excel ümumilikdə 30+ mətn funksiyasını təmin edir və bu funksiyaların bir çoxu data analizlər üçün istifadə olunur.
Əlavə simvolları silmək üçün istifadə olunan mətn funksiyaları
CLEAN - çap oluna bilməyən bütün simvolları mövcud mətndən silir. Bu funksiya sizin əməliyyat sisteminizdə tərkibində çap edilə bilməyən simvollar olan,digər tətbiqlərdən götürülmüş mətnlərdə istifadəyə uyğundur.
Sintaksis: =CLEAN(text)
TRIM – mətnin əvvəlində və sonunda olan, eyni zamanda dublikat boşluqları silir.
Qeyd edək ki, CLEAN 0-31 aralığındakı ASCII simvolları üçün keçərlidir. Lakin, boşluğun ASCII dəyəri 32-dir, buna görə də biz bu HALDA CLEAN istifadə edə bilmərik. Beləliklə, TRİM istifadə edilir.
Sintaksis:= TRIM(text)
Böyük və kiçik hərflərə çevirmək üçün istifadə olunan funksiyalar:
LOWER – verilmiş mətndəki bütün hərfləri kiçik hərflərə çevirir.
Sintaksis: =LOWER(text)
UPPER – verilmiş mətndəki bütün hərfləri böyük hərflərə çevirir.
Sintaksis: =UPPER(text)
Excel data tiplərini çevirmək üçün istifadə olunan funksiyalar:
BAHTTEXT ədədi sonuna ß (baht) valyutasını əlavə edərək taylandca mətnə çevirir.
Sintaksisi: =BAHTTEXT(number)
TEXT - istifadəçinin müəyyən etdiyi formatı istifadə edərək verilən ədədi mətnə çevirir.
Sintaksisi: =TEXT(value,format_text)
VALUE – dəyişdiriləcək dəyəri göstərir
Format_text – dəyərə tətbiq olunacaq formatı göstərir.
FIXED - verilən ədədi qeyd olunan sayda onda birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırır və onu mətnə çevirir.
Sintaksisi: =FIXED(text,[decimals],[no commas])
Text – verilən ədəd və ya xanaya istinaddır.
Decimals – hansı mərtəbəyə qədər yuvarlaqlaşdırılmasını göstərir.
No commas – TRUE olduğu halda vergülləri önləyir.
VALUE – verilən mətni ədədi dəyərə çevirir
Sintaksisi: =VALUE(text)
NUMBERVALUE – mətni lokaldan asılı olmadan ədədə çevirir.
Sintaksisi: =NUMBERVALUE(text,[decimal_seperator],[group_seperator])
Simvollar və ədədi kodlar arasında çevirmə üçün istifadə olunan funksiyalar:
CHAR – kod nömrəsi ilə verilən ədədi dəyərə uyğun gələn simvolu qaytarır.
Sintaksisi: =CHAR(number)
UNICHAR – verilən ədədi dəyərin istinad etdiyi UNİCODE simvolunu qaytarır.
Sintaksisi: =UNICHAR(number)
UNICODE – verilən mətnin ilk simvoluna uyğun gələn ədəd (kod nöqtəsini) qaytarır.
Sintaksisi: =UNICODE(text)
Qeyd: CHAR formulu ASCII simvollarından 256 simvolu qaytarır. Buna uyğun olaraq CODE formulu da verilən simvolu ASCII simvoluna çevirir.
UNİCHAR formulu isə UNİCODE simvollarından 1.114.112 simvolu qaytarır. Buna uyğun olaraq UNİCODE fprmulu da verilən simvolu UNİCODE simvoluna çevirir.
Mətnləri kəsmək və birləşdirmək üçün istifadə olunan mətn funksiyaları :
CONCAT – iki və daha artıq mətni birləşdirməkçün istifadə olunur.
Sintaksisi: =CONCAT(text1,[text2]...)
CONCATENATE –EXCEL 2019-da CONCAT funksiyası ilə əvəz edilib.
LEFT - verilən mətnin əvvəlindən (solundan) başlayaraq göstərilən sayda simvol qaytarır.
Sintaksisi: =LEFT(text,[num_chars])
Text – Qaytarılması istənilən simvolun yerləşdiyi mətn və ya xanaya istinaddır.
Num_chars – istəyə bağlı. Qaytarılması istənilən simvol sayı. Əgər qeyd olunmazsa, soldan ilk simvol qaytarılacaq.
MID - mətndən istifadəçinin müəyyən etdiyi yerdən başlayaraq, istifadəçinin müəyyən etdiyi sayda simvolu çıxarır.
Sintaksisi: =MID(text,start_num,num_chars)
Text – Qaytarılması istənilən simvolun yerləşdiyi mətn və ya xanaya istinaddır.
Start_num - Axtarılan simvolun mətn daxilində neçənci simvoldan başlayaraq axtarılmasını müəyyən etmək üçün verilir.
Num_chars - Qaytarılması istənilən simvol sayı.
Məlumat funksiyaları:
LEN – daxil edilmiş mətnin uzunluğunu qaytarır.
Sintaksisi: =LEN(text)
SEARCH - göstərilən mətn və ya simvolun verilən mətnin daxilində neçənci yerdə yerləşdiyini qaytarır. Registra həssas deyil.
Sintaksis: =SEARCH(find_text,within_text,[start_num])
Find_text – axtarılan simvol
within_text – axtarılan simvolun yerləşdiyi mətn(xana)
Start_num – istəyə görə. Axtarılan simvolun mətn daxilində neçənci simvoldan başlayaraq axtarılmasını müəyyən etmək üçün verilir. Qeyd edilmədiyi təqdirdə, tapılan ilk simvola görə axtarış aparılır.
FIND - SEARCH funksiyası ilə eyni əməliyyatı yerinə yetirir və eyni sintaksisə malikdir, lakin registra həssasdır.--
EXACT - iki mətn dəyərinin eyni olub olmadığını yoxlayır. Eyni olarsa TRUE, əks halda FALSE qaytarır.
Registra həssasdır.
Sintaksis: =EXACT(text1,text2)
T- göstərilən dəyərin mətn olub olmadığını yoxlayır, mətn olduğu halda həmin mətni qaytarır, əks halda boş mətn qaytarır.
Sintaksis: =T(value)
Mətn hissələrinin yerdəyişməsi\əvəz edilməsi funksiyaları:
REPLACE - mətnin tərkibində xüsusi yerdə yerləşən simvolu əvəz etmək üçün istifadə olunur.
Sintaksis: =REPLACE(old_text,start_num,num_chars,new_text)
SUBSTITUTE – verilən mətndəki köhnə simvol və ya simvolları yenisi ilə əvəz edir.
Sintaksis: =SUBSTITUTE(text, old_text,new_text,[instance_num])