Excel nedir? Excel Kursu | Excel təlimi necə seçilməlidir?

  • Aprel 29,2024
Excel nedir? Excel Kursu | Excel təlimi necə seçilməlidir?

Excel nədir?

Excel iş həyatında və gündəlik işlərdə geniş istifadə olunan elektron cədvəl proqramıdır. Microsoft tərəfindən hazırlanmış Excel proqramı müxtəlif hesablamaların aparılması, dataların analizi və qrafik, diaqramların yaradılması üçün istifadə olunur. Məlumatların yığılması, toplanması və hesabat verilməsi kimi əməliyyatları asanlaşdırır. Excel istifadə etmək o qədər də çətin deyil və tez öyrənilə bilir.

MS Excel kursu

Əgər, siz Exceli yüksək səviyyədə öyrənmək istəyirsinizsə və self-study şəklində öyrənməkdə çətinlik çəkirsinizsə Handex-də keçirilən Microsoft Excel təlimi sizi 0-dan peşəkar səviyyəyə çıxaracaqdır. Belə ki, bu proqram vasitəsilə siz Excellə ilkin tanışlıqdan mürəkkəb funksiyaların yazılmasına qədər hər bir şeyi praktiki tapşırıqlarla birgə edəcəyinizə görə siz exceldən anlayışınız az olsa belə, yüksək səviyyədə Excel istifadəçisi olacaqsınız.

Excel kursu necə seçilməlidir?

Microsoft Excel əmək bazarında işçilərdən tələb olunan əsas bacarıqlardan biridir. İşəgötürənlər müraciətçilərdən Exceli yüksək səviyyədə bilməsini tələb edirlər. Məhz buna görədir ki, MS Excel kursu seçərkən xüsusilə diqqət edilməlidir.

●    Təlimçinin Excel bilikləri və təcrübəsi yüksək səviyyədə olmalıdır.

●     Təlimçidə axtarmalı olduğunuz özəllikdən biri də təlimçilik, metodika bacarığının olmasıdır.

●     Siz bu dövrdə Exceli yaddaqalan formada öyrənməyiniz üçün çoxlu tapşırıq işləməlisiniz deyə, seçəcəyiniz mərkəz sizin suallarınıza və sorğularınıza vaxtında və ətraflı cavab verməlidir.

●     Seçəcəyiniz mərkəzin ekosistemi və infraskturu Excel öyrənmək üçün əlverişli olmalıdır.

Excel kursu qiyməti

Excel kursları müxtəlif qiymətlərə təklif olunur, Bu təklif birbaşa olaraq, seçdiyiniz proqramdan, fərdi və ya qrupla olmasından aslıdır. Siz ödənişləri Birbank Taksit kartı ilə 18 aya qədər taksitlə əldə edə bilərsiniz.

Excel kursu kimlər üçündür?

Hazırda vakansiyalara nəzər yetirdikdə Exceli hər kəsin bilməli olduğunu anlayırıq. Lakin müxtəlif peşələr var ki, həmin peşə sahibləri hər gün Excellə iç-içə olduqlarına görə onlar xüsusilə Exceli yüksək səviyyədə bilməlidirlər.

Maliyyə / Mühasiblər üçün Excel kursu

Maliyyə-mühasibatlıq üzrə fəaliyyət göstərənlər hesablamaları, qarışıq funksiyaları və hər bir formulları çox yaxşı bilməlidirlər. Çünki, elə formullar var ki, müvafiq peşə sahiblərinin işlərini xeyli asanlaşdırmaqla yanaşı, vaxt itkisinin qarşısını alacaqdır.

HR-lar üçün Excel kursu

İnsan Resursları mütəxəssisləri VLOOKUP, EDATE, TODAY, DATEDİF, COUNTİFS, AVERAGİFS, SUMİFS, IF, AND, OR kimi funksiyaları gündəlik olaraq istifadə edirlər, başqa sözlə desək,Excelin onların işlərində ayrılmaz yeri var. Bu səbəbdən, hər bir HR Exceli yüksək səviyyədə bilməlidir.

Digər peşələr də var ki, onlara Excel hava su kimi lazımdır.

●     Satınalma

●     Hesabatlılıq

●     Analitika

●     Satış

●     Marketinq

Departament işçiləri üçün Excel biliyi öncəlikdir.

Excel təliminə qoşul

 Excel Təliminə qoşulmaq və ya daha ətraflı məlumat üçün  +994 50 604 58 54 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.