Data analitik kimdir? | Necə Data analitik olmaq olar?(ətraflı)

  • Mart 04,2024
Data analitik kimdir? | Necə Data analitik olmaq olar?(ətraflı)

Günümüzdə biznes qərarları dəqiq və sınaqdan keçmiş təcrübəyə başqa sözlə desək, dataya əsaslanaraq verilir. Belə olduqda Dataların analizinə və əlbəttə ki, data analitiklərə ehtiyac yaranır.Daha öncəki bloqumuzda "Data analitika nədir? Data analizi nə üçün vacibdir?" haqqında danışmışdıq. 


Bu dəfə mövzumuzda

  • Data analitik kimdir?

  • Data analitik nə iş görür?

  • Data analitik olmaq üçün bacarıqlara sahib olmalısınız?

  • Kimlər bu peşəyə yiyələnə bilər?

suallarına cavab tapacağıq.

Data Analitik kimdir?

Xeyli sayda əhəmiyyətli dataların əldə olunması,məlumatların artması nəticəsində xam dataların işlənilməsi və analizi, dataların düzgün qərarlara təsirini artırmaq artıq şirkətlər üçün əsas biznes proseslərindən birinə çevrilmişdir. Buna görə də, dataları analiz etmək, aydın, etibarlı nəticələr əldə etmək və qərar qəbuletmə proseslərində riskləri minimuma endirmək üçün Data Analitiklərə ehtiyac yaranır.
Data analitik yığılmış məlumatları araşdıran, analiz edən və həmin informasiyaları vizuallaşdıraraq təqdim edən bir mütəxəssisdir. Hazırlanmış analizlər əsasında müəyyən nəticə əldə edilir ki, bu da, biznesdə, idarəetmədə, hətta elmdə düzgün addımların atılmasına köməklik göstərir və riskləri minimuma endirir.

Data analitiklərin etdiyi analizlər şirkətə nə qatır?

Data analizi nəticəsində şirkətlər müştərilərin davranışlarını, onların alış dövrünü öyrənə və ya data analitiklərin “Səbət analizi” adlandırdıqları metod ilə müəyyən edə bilirlər ki, hansı məhsullar birlikdə daha çox satılır və ya bir məhsulu alan şəxs onunla yanaşı hansı məhsula maraq göstərir. Eyni zamanda,analitiklər satışların artıb-azalmasına nəzarət edə və bunun səbəblərini aşkar edə biləcək analizlər edirlər .Belə olduqda, şirkətlər həmin informasiyalara uyğun satış və marketinq kampaniyaları həyata keçirə bilirlər.

Data analitik olmaq üçün bacarıqlara sahib olmalısınız?

Adətən data analitikası sahəsinə yeni başlayan mütəxəssisdən aşağıdakı bacarıqlar tələb olunur:

  • Texniki biliklər: Data analitikdən gözlənilən yüksək texniki bacarığın olmasıdır. Bir analitik məlumat bazalarından lazım olan məlumatların əldə edilməsi, yenilənməsi üçün SQL sorğu dilini bilməli, dataların vizuallaşdırılması və təqdim edilməsi üçün iş zəkası proqramlardan (Tableau və Power BI) istifadə etməyi bacarmalı, dataların istənilən kimi düzəldilməsi üçün mükəmməl şəkildə Excel bilməlidir. Çox böyük datalarla işləyənlərin isə ən azı bir proqlamlaşdırma dilini bilməsi sizi digərlərindən bir addım önə atacaq (R və ya Python).

  • Riyazi və statistik bilikləri: Başlanğıc səviyyədə riyaziyyat və statistika bilikləri datanın analizində mühüm yerə sahibdir. Datanı düzgün oxumaq, xətaları anlamaq və hipotez irəli sürmək üçün bu biliklərə ehtiyac var.

  • Analitik düşünmə qabiliyyəti: Tənqidi düşüncə və analitik düşünmə bacarığına mürəkkəb datalardan məntiqi nəticələrə gəlmək, əsaslandırılmış qərarlar qəbul etməkdə ehtiyac yaranır.

  • Kommunikasiya bacarığı: Data analitiklər müntəzəm olaraq satış, marketinq və s. deparatamenləri ilə sıx əlaqədə olur. Bu halda gedişatı, hazırki vəziyyəti düzgün şəkildə çatdırmağa, dialoqlar qurmağa və verilən suallara cavab vermək üçün bir analitik mütləq şəkildə yüksək ünsiyyət bacarıqlarına sahib olmalıdır.

Kimlər data analitik ola bilər?

Universitetlərimizdə bakalavr səviyyəsi üzrə “Data Analitikası” ixtisası olmasa belə, bu sahəyə yaxın ixtisaslar var Amma təcrübə onu göstərir ki, “İqtisadiyyat” , “Biznesin idarə olunması”, “IT” sahəsi üzrə təhsil almış şəxslər bu peşəyə yiyələnə bilirlər.
Lakin, ixtisasından aslı olmayaraq hər kəs bu sahədə uğurlu ola bilər, çünki, ölkəmizdə kifayət qədər bu sahə üzrə ixtisaslaşmış kurslar var. Yəni bu peşəyə yiyələnmək istəyən şəxs rahatlıqla Data analitika kurslarına müraciət edərək həm bilik və bacarıq əldə edə, həm də təcrübə qazana bilər. Həmçinin, onlayn və ödənişsiz üsullardan da istifadə edərək bu peşəyə yiyələnmək mümkündür

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.