UNEC-də “Sahibkar danışır” layihəsi

  • Noyabr 27,2024
UNEC-də “Sahibkar danışır” layihəsi

UNEC-də keçirilən “Sahibkar danışır” layihəsinin ilk tədbirində Handex olaraq tələbələrlə bir araya gəldik!

Handex təlim mərkəzinin təsisçisi və direktoru Rəşad Qurbanov, UNEC-dən məzun olduqdan sonra sahibkar olmaq yolunda keçdiyi təcrübələri və uğurlarını tələbələrlə paylaşdı.

Görüş zamanı tələbələrə data analitikanın geniş imkanları, tətbiq sahələri və karyera yolları haqqında məlumatlar paylaşdıq. Eyni zamanda, onların suallarını cavablandıraraq sahəyə olan maraqlarını artırmağa çalışdıq. Bu görüş həm tələbələr, həm də bizim üçün xoş təcrübə oldu! 

Tədbirin sonunda isə tələbələrə endirim paketləri və hədiyyələr təqdim olundu.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.