Power BI nədir?
Vizuallaşdırma aləti olan Power BI Microsoftun təqdim etdiyi məhsuldur. Ən məşhur vizuallaşdırma alətlərindən biri olan Power BI digər alətlərə nisbətən daha funksionaldır. Vizuallaşdırma dedikdə hər hansı hesabatı daha anlaşıqlı formaya gətirmək nəzərdə tutulur. Belə ki, Power BI vasitəsilə daha anlaşıqlı və gözəl görünüşlü hesabatlar hazırlaya bilər və nəticələrinizi daha fərqli təqdim edə bilərsiniz.
Frequently Asked Questions
Power BI bilikləri verilənlər (data) üzərindən işləyən, onları analiz edərək vizuallaşdıran və təqdim edən istənilən şəxs üçün zəruridir. Təcrübə onu göstərir ki, Data Analitik, Biznes Analitik, CRM analitik, Hesabatlılıq və büdcələmə üzrə mütəxəssis, Kredit analitiki, Maliyyə analitiki, Biznes təhlili mütəxəssisi, BI mütəxəssisi, Satış analitiki, HR analitik, Layihə meneceri və s. kimi peşə sahibləri gündəlik olaraq bu proqramdan istifadə edirlər.
Təlimlərimiz həftədə 2 dəfə olmaqla minimum 2 saat olmaqla tədris edilir.