Oracle SQL Nədir?

SQL (Structured Query Language) bizə Database (verilənlər bazası) yaratmaq və artıq var olan üzərində işləməyə imkan verir. Verilənlər bazasında hər bir şirkətin özünə məxsus məlumatları yer alır. Böyük ölçülü məlumatların saxlanılmasında daha yüksək performans göstərdiyi üçün bu yoldan istifadə olunur. SQL növlərindən biri olan Oracle SQL Oracle Corperation tərəfindən təqdim edilmiş məhsuldur. Oracle SQL bir çox şirkət tərəfindən istifadə olunan geniş yayılmış SQL növüdür.

 

 

Frequently Asked Questions

Təlimə bu proqram üzrə biliklərini artırmaq istəyən və ya 0-dan başlayan istənilən şəxs qoşula bilər.

Oracle SQL sorğu dilindən bir çox peşə sahibləri istifadə edir. Çünki Oracle — ən məşhur məlumat bazalarından biridir və bir çox banklar, sığorta şirkətləri və elektron ticarətin veb-saytları öz server hissəsində Oracle-dan istifadə edir. Bu peşələrə misal olaraq data sahəsi üzrə mütəxəssisləri (Data Analyst, Data Engineer, Data Scientist), proqramçıları, QA mühəndisləri və hətta dizaynerləri göstərmək olar.

Təlimə qoşulmaq üçün heç bir xüsusi biliyə ehtiyac yoxdur. Gedişat zamanı proqramın hər incəliyi tam sıfırdan başlayaraq tədris olunur.

Bəli, təlim başlamamışdan 1 həftə öncə təlimçi bununla bağlı qrupa videotəlimat göndərir. Əgər hər hansı bir çətinliyiniz olarsa təlimçi şəxsən özü dəstək olur.

Konkret olaraq parametr və marka demək çətindir. Amma tövsiyyəmiz budur:

Yaddaş 256 GB SSD kifayət edir;

Prosessor Intel şirkətinin Core İ5, İ7 və min 8-ci nəsil olması tövsiyyə olunandır. AMD şirkətinin uyğun parametrli prosessorları da uyğundur;

RAM minimum 8 gb;

Windows əməliyyat sistemi (10 və ya 11).

Tədris hibrid formada təşkil olunur. Yəni seçiminizdən asılı olaraq əyani və ya online formada dərsə qoşula bilərsiniz.

Təlimin yekununda ev tapşırıqlarının, aralıq və sertifikat (yekun) imtahanlarının nəticəsindən asılı olaraq 3 tip sertifikat ala bilərsiniz:

Fərqlənmə;

Müvəffəqiyyət;

İştirak.

Təlimlərimiz həftədə 2 dəfə olmaqla minimum 2 saat olmaqla tədris edilir.

Free consultation

For more information about the academy and training programs, register and we will contact you.