.png)
Handex MMC və Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalandı
Sumqayıt, 14 fevral 2025 – Peşə təhsili və kadr hazırlığında yeni əməkdaşlıq! Handex MMC və İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran şəxslərin peşə təhsili alması, əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi və gənclərin karyera imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Memorandumun əsas istiqamətləri:
Peşə təhsilinin inkişafı – Müasir iş bazarına uyğun tədris proqramlarının hazırlanması və təkmilləşdirilməsi.
Karyera və məşğulluq dəstəyi – İşsiz şəxslər üçün karyera məsləhətləri, təlimlər və iş imkanlarının artırılması.
Birgə tədbirlər – Konfranslar, seminarlar, məzun yarmarkaları və peşə sahələri üzrə təlimlərin təşkili.
Sertifikat proqramları – Təlimləri uğurla bitirən şəxslər üçün peşə sertifikatlarının təqdim edilməsi.
İmzalanma mərasimində Handex MMC-nin direktoru Rəşad Qurbanov və Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov əməkdaşlığın ölkədə peşə təhsilinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.
Bu əməkdaşlıq peşəkar kadrların hazırlanmasına və işsizlik səviyyəsinin azalmasına böyük töhfə verəcək! Daha ətraflı məlumat üçün bizi izləyin!