Excel Proqramında Parol Qoymaq

  • May 31,2024
Excel Proqramında Parol Qoymaq

Microsoft Excel məlumatların idarə edilməsi və təhlili baxımından geniş istifadə edilən alətlərdəndir. Lakin, bu məlumatlar çox zaman məxfi olduğu üçün Excel fayllarına parol qoymaqla məlumatların təhlükəsizliyini və məxfiliyini təmin etmək mümkündür. Bu məqalədə, Excel sənədlərinə parol qoymağın əhəmiyyəti və necə edilməli olduğu haqqında məlumat verəcəyik.

 

Excel-də kod Qoymaq niyə vacibdir?

Məlumatların Məxfiliyinin Təmin Edilməsi - Excel sənədlərində çox vaxt məxfi məlumatlar saxlanılır. Bu məlumatlar maliyyə hesabatları, müştəri siyahıları, işçi məlumatları və digər həssas məlumatlar ola bilər. Bu cür məlumatların 2-ci, 3-cü şəxslər tərəfindən ələ keçirilməsi ciddi nəticələrə səbəb ola bilər. Parol qoymaqla, yalnız səlahiyyətli şəxslərin bu məlumatlara girişini təmin edirsiniz.

Məlumatların Dəyişdirilməsinin Qarşısını Almaq - Məlumatların icazəsiz dəyişdirilməsi, nəticələrin doğruluğunu və etibarlılığını poza bilər. Bu xüsusilə maliyyə sənədləri və hesabatlar üçün çox vacibdir. Parol qoymaqla, sənədlərin yalnız səlahiyyətli şəxslər tərəfindən redaktə edilməsini təmin edirsiniz.

Kiber hücumlardan qorunmaq - Kiber hücumlar və məlumat oğurluğu, müasir dövrün ən böyük təhlükələrindən biri olduğu üçün Excel sənədlərinə parol qoymaq, bu cür hücumlara qarşı əlavə bir müdafiə yoludur. Bu, məlumatlarınızın icazəsiz şəxslər tərəfindən asanlıqla əldə edilməsinin qarşısını alır.

 

Excel faylına Şifrə Qoymaq

Addım 1: Excel faylını açın

Excel proqramında parol qoymaq istədiyiniz faylı açın.

Addım 2: Fayl Mühafizəsi(Protect Workbook) Parametrlərinə Girin

  1. File menyusuna daxil olun.
  2. Info seçin
  3. Protect Workbook düyməsini basın.
  4. Açılan menyudan Encrypt with Password seçin.

 

Addım 3: Parol Təyin Etmək

  1. Parol daxil etmək üçün açılan pəncərədə parolunuzu daxil edin və OK düyməsini basın.
  2. Parolu təsdiqləmək üçün yenidən daxil edin və OK düyməsini basın.

Bu addımlardan sonra, faylı hər açmağa çalışdığınızda parol tələb olunacaq.

Free consultation

For more information about the academy and training programs, register and we will contact you.